`İqtisadi fəallıq azalır,  vergilər çoxalır`

`İqtisadi fəallıq azalır, vergilər çoxalır`

«Yeni Müsavat» qəzetində «Gələn il sahibkarlar üçün ağır keçəcək-vergi yükü artırılır» sərlövhəli yazı oxumaq olar.
 
Yazıda bildirilir ki, 2018-ci ilin dövlət büdcəsi layihəsinə görə, Vergilər Nazirliyi 7.907 milyard manat vergi toplamalıdır. Müəllif həmin məbləğdə vergi toplanılmasının reallığa uyğunluğunu ekspert Qubad İbadoğlu ilə müzakirə edib.
 
Yazıda bildirilir ki, sahibkarlar arasında vergi orqanlarının təzyiqlərindən şikayətlər çoxalıb. Qarşı tərəf isə vergilərin toplanması sahəsində problemlər yarandığını bildirir:
 
«İqtisadi fəallıq azaldığına görə sahibkarların durumu çətinləşib, dövriyyə öncə proqnozlaşdırılandan aşağı düşüb . Odur ki, nəzərdə tutulan vergilərin ödənməsi sahəsində problemlər yaranıb».
 
Q.İbadoğlu deyib ki, gələn il toplanması nəzərdə tutulan məbləğ bu ilin proqnozlarından 262 milyon manat, 2016-cı ilin faktiki icrası ilə müqayisədə isə 891 milyon manat çoxdur:
 
«Bu qədər artımla proqnoza əməl olunacağı qeyri-real görünür. Bəzi istiqamətlərdə hətta kiçik və orta sahibkarlıq üçün güzəştlərin edilməsi gözlənilir, kənd təsərrüfatı tamamilə vergidən azaddır. Belə görünür ki, gələn il əsas yük real sektorun üzərinə düşəcək».
 
Q.İbadoğlu hesab edir ki, vergi proqnozunun artırılması sahibkarlarla vergi orqanları arasında münasibətləri gərginləşdirə bilər:
 
«Vergilərlə bağlı proqnozun 76.2 faizi qeyri-neft sektorunun payına düşür, neft sektorunun payında isə ciddi azalma var. Bu isə SOCAR-ın dövlət büdcəsinə ödənişlərinin ilbəil azalması ilə bağlıdır. «Azəri-Çıraq-Günəşli» bloku üzrə yeni saziş imzalandığı üçün xarici şirkətlərin də ödəmələrində azalma olacaq»(musavat.com)

 

Google+ WhatsApp ok.ru