İqtisadi və sosial sahələrə qoyulan investisiya azalıb

İqtisadi və sosial sahələrə qoyulan investisiya azalıb

Ölkənin iqtisadi və sosial sahələrinə qoyulan vəsaitdə azalma var.
 
Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumatında bildirilir.
 
Məlumata görə, 2017-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafına bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard 728.8 milyon manat vəsait yönəldilib.
 
Bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 0.3 faiz azdır.
 
Vəsaitin 5 milyard 395 milyon manatı neft, 3 milyard 333.8 milyon manatı isə qeyri-neft sektoruna yönəldilib.
Ümumi sərmayənin 72.5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
 
''İstifadə olunmuş vəsaitin 79.2 faizi məhsul istehsalı obyektlərinin, 15.6 faizi xidmət sahələri üzrə obyektlərin, 5.2 faizi isə ümumi sahəsi 973.7 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 39.5 faizini təşkil edib''.
 
Sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri isə 71.6 faizdir:
 
''Bank kreditləri 10.6, büdcə vəsaitləri 11.5, əhalinin şəxsi vəsaitləri 4.4, büdcədənkənar fondların vəsaitləri 1.4, sair vəsaitlər isə 0.5 faiz təşkil edib''.(meydantv)
 

Google+ WhatsApp ok.ru