İqtisadiyyat və Sənaye Nazirliyi prokurorluq ilə birlikdə qiymətlərə nəzarət edəcək

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi süni qiymət artımının qarşısının alınması üçün birgə tədbirlər Planı hazırlayırlar.
 
Bu tədbirlərdə məqsəd süni qiymət artımı və mal qıtlığı yaratmaqla vəziyyətdən sui-istifadə edən təsərrüfat subyektlərinə qarşı mübarizə aparmaqdır.
 
Bu tədbirlər dekabrın 21-dən manatın üzən məzənnə rejiminə keçməsi barədə qərarla əlaqədar həyata keçirilir. Belə ki, manatın məzənnəsində baş vermiş dəyişiklikdən sonra süni qiymət artımı və digər mənfi hallar qeydə alınıb.
 
Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında bildirilir. contact /

Google+ WhatsApp ok.ru