Qötze `Bavariya`dan gedir

"Bavariya"nın futbolçusu Mario Qötze mövsümün sonunda komandadan ayrılacaq.
 
Maide.Az klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun Münhen təmsilçisi ilə bir illik müqaviləsi var.
 
Lakin Qötze yeni mövsümdən "Bavariya"nı çalışdıracaq Karlo Ançelottinin planlarına daxil deyil. Bu səbəbdən Almaniya millisinin üzvünə indidən özünə yeni klub axtarmaq təklif olunub. Bu fikirə Qötze klubun yeni çalışdırıcısı ilə Ançelotti ilə telefon danışığından sonra gəlib.
 
Qeyd edək ki, Qötze 2013-cü ildə "Borussiya"dan "Bavariya"ya transfer edilib. /

Google+ WhatsApp ok.ru