Quba-Xaçmaz yolu bağlandı, elektrik kəsildi

Qubada əsən güclü külək fəsadlar törədib.
 
"Report"un məlumatına görə, güclü külək nəticəsində iri gövdəli ağaclar aşaraq Quba-Xaçmaz yolunu bağlayıb.
 
Nəticədə, yolun 2-ci kilometrliyində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Həmçinin, aşan ağaclar elektrik və rabitə naqillərini sradan çıxarıb.
 
Külək fərdi təsərrüfatlara da ziyan vurub. Belə ki, meyvə ağaclarına ciddi ziyan dəyib, alma yığımının başlanması ərəfəsində meyvələr tökülüb./

 

Google+ WhatsApp ok.ru