Quba-Xınalıq yolu bağlandı

Quba-Xınalıq yolunda qar uçqunu baş verib.
 
Maide.az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, qar uçqunu yolun 35-ci km-də qeydə alınıb.
 
Quba 6 saylı Yol İstismar İdarəsindən verilən məlumata görə, qarın təmizlənməsi üçün əraziyə idarənin texnikası və canlı qüvvəsi cəlb olunub.
 
Yolun açılması istiqamətində işlər davam etdirilir.

Google+ WhatsApp ok.ru