Quba Cümə məscidində bomba həyəcanı- FOTO

Yanvarın 15-də Quba Cümə məscidinə bomba qoyulması haqqında polisə məlumat daxil olub.
 
Məscidin yerləşdiyi əraziyə Daxili Qoşunların, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
 
"Azadlıq" radiosunun əməkdaşı hadisə yerindən xəbər verir ki, hazırda məscidə partlayıcı qoyulub-qoyulmaması araşdırılır.
 
Cümə məscidindəki bugünkü namaz təxirə salınıb. Dindarlar başqa məscidlərə yönləndirilib./
 
 
 
 

Google+ WhatsApp ok.ru