Qubada itkin düşmüş azyaşlı tapılıb

Qubada itkin düşmüş azyaşlı tapılıb

Quba rayonunun Əsgi İqrığ kəndində meşəlik ərazidə itkin düşmüş azyaşlı tapılıb, Fövqəladə Hallar Nazirliyi bildirib.
 
2011-ci ildə doğulmuş Natiq Əliyevi çərşənbə günü səhər 09:45-də tapmaq mümkün olub.
 
"Uşağın vəziyyəti normaldır. O, aidiyyəti üzrə təhvil verilib", FHN bildirib.
 
Sosial şəbəkələrdə azyaşlının itməsi onun son dəfə göründüyü gündən, avqustun 28-dən bəri müzakirə olunurdu.
 
Uşaq itkin düşdüyü yerdən 6 kilometr aralıda tapılıb, APA agentliyi bildirib.
 
"Azyaşlı 3 gün ac qaldığı üçün tapılarkən halsız olub. O, xilasedicilərdən öncə su istəyib", agentliyin şimal bürosu məlumat verib.
 

Google+ WhatsApp ok.ru