Qubada ağır yol qəzası baş verib, 3 nəfər ölüb, 1 nəfər yaralanıb

Qubada ağır yol qəzası baş verib, 3 nəfər ölüb, 1 nəfər yaralanıb

Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.
 
Maide.Az bildirir ki, "Report"un yerliu bürosu xəbər verir ki, 2 avtomobilin toqquşması nəticəsində baş verən qəzada sürücü, Rustov kənd sakini, 1979-cu il təvəllüdlü Ramin Əlfəddin oğlu Seyidəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. 
 
Hadisə zaman 3 nəfər faciəvi şəkildə ölüb.
 
Ölənlər:
 
Xaçmaz rayon sakinləri -
 
Coşqun Kamil oğlu Qasımov,
 
Zakir Eldəniz oğlu Abasov,
 
Nahid Teymur oğlu Məmmədov.

Google+ WhatsApp ok.ru