Qubada məsciddən oğurluq edənlər saxlanılıb

Qubada məsciddən oğurluq edənlər saxlanılıb

Qubada oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib.
 
Maide.Az Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki,  Quba Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 27-də şəhərdə yerləşən məscidin nəzir qutusundan, R.Tahirova məxsus ticarət mərkəzindən, M.Qonaqova və N.Mirzəyevə məxsus mağazalardan pul, məişət əşyaları, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri - İlham Muradov, Nəsir Rzayev, Nicat Muradov, Murad Əşrəfov, Abdulla Abdullayev və Sumqayıt şəhər sakini Murad Allahverdiyev tutulublar.
 

Google+ WhatsApp ok.ru