Qubalılar yenidən yolu bağladı - FOTO

Dünən Quba rayon Zərdabi qəsəbə sakinlərinin Quba-Xacmaz yolunu bağlaması haqda məlumat vermişdik. Sakinlərin yolu bağlamasına səbəb, onlara verilən içməli su təchizatının mayın 20-dən dayandırılması idi. 
 
Lakin dünən keçirilən aksiya, sakinlərin gözləntilərini doğurultmayıb. Əksinə, sakinlərin tələbləri məmurlar tərəfindən biganəliklə qarşılanıb və hətta müəyyən məqamlarda kobudluqla üzləşiblər. Ona görə də bu gün səhər saatlarında qəsəbə sakinləri qəsəbədən keçən Quba-Xaçmaz yolunu yenidən bağlayıb, proeblemlərinin həll olunmasını tələb ediblər. Sakinlər, suyun verilməsi təmin olunana qədər aksiyalarını davam etdirəcəklərini bildiriblər.
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru