Qubanın keçmiş prokuroru həbs olundu

Barəsində axtarış elan edilən Qubanın keçmiş prokuroru Pənah Pənahov həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.
 
Qusar RPŞ-dən Qafqazinfo-ya məlumatı təsdiqləyiblər. Qusar Rayon Polis Şöbəsinin bu ilin yanvar ayında axtarışa verdiyi sabiq prokuror Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
 
Qusar rayon Məhkəməsinin qərarı ilə P.Pənahov barəsində həbs-qətimkan tədbiri seçilib. /

Google+ WhatsApp ok.ru