Qum şəhərində beynəlxalq Qarabağ konfransı keçiriləcək

Qum şəhərində beynəlxalq Qarabağ konfransı keçiriləcək

Cari il martın 1-də Qum şəhərində beynəlxalq Qarabağ konfransı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Qumda fəaliyyət göstərən Elmi Hövzələr Mərkəzi tərəfindən təşkil olunacaq konfransa Azərbaycan, İran və Qafqaz xalqların görkəmli din alimləri dəvət ediləcək.

Konfransda Ali Rəhbər Ayətullah Əli Xamneyinin 44 günlük müharibə zamanı irəli sürdüyü tezislər təhlil olunacaq.

Qeyd edək ki, Ali Rəhbər Azərbaycan ordusunun Qarabağı erməni işğalından azad etmək üçün həyata keçirdiyi əks-hücuma əməliyyatı zamanı dövlət televiziyası ilə çıxış edərək rəsmi Bakının haqlı olduğunu bəyan etmişdi.

Ayətullan Əli Xamneyi bildirmişdi ki, İranın iki qonşusunun müharibə etməsi üzücüdür. Lakin Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmalıdır. Onun fikrincə, regionda sülh və əmin-amanlıq Azərbaycana məxsus torpaqların qaytarılması ilə təmin oluna bilər.

Google+ WhatsApp ok.ru