Quran dinlə - Ey Rəbbimiz! bizi yaxşı əməl sahiblərinin sırasında öldür!

`Ali-İmran” surəsi, 193-194-195-ci ayələr

193. «Ey Rəbbimiz! Həqiqətən, biz «Rəbbinizə iman gətirin!» – deyə imana dəvət edən bir çağırışçını(n dəvətini) eşitdik və iman gətirdik. Ey Rəbbimiz, buna görə də günahlarımızı bizə bağışla, pisliklərimizi bizdən təmizlə və bizi yaxşı əməl sahiblərinin sırasında öldür!»

194. «Ey Rəbbimiz! Peyğəmbərlərinin dili ilə bizə vəd etdiklərini bizə əta et və bizi Qiyamət günü xar və rüsvay etmə ki, həqiqətən, Sən heç vaxt Öz vədinə xilaf çıxmırsan».

195. Beləliklə, Rəbbi onların dualarını qəbul etdi ki: «Həqiqətən, Mən sizlərdən heç bir əməl sahibinin – istər kişi olsun ya qadın ki, hamınız bir-birinizdənsiniz və bir-birinizlə bağlısınız – əməlini zay etməyəcəyəm. Odur ki, hicrət edən, öz evlərindən qovulan, Mənim yolumda əzab-əziyyət görən, döyüşən və öldürülən kəslərin pisliklərini mütləq təmizləyəcək və onları (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. (Bu,) Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat yalnız Allahın yanındadır».

 

Google+ WhatsApp ok.ru