QURANİ-KƏRİMDƏ BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ - 9

QURANİ-KƏRİMDƏ BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ - 9

-- 9.SƏBİRLİ OLMAQ

Şübhəsiz, səbir və dözümlülük bütün müsbət işlərin, habelə Allaha itaətin və günahlardan çəkinməyin əsası və köküdür. Məhz bu səbəbdən də, Qurani-Kərimdə çətinliklər müqabilində səbirli olmaq, Allaha itaətdə səbirli olmaq və günahlardan çəkinməkdə səbirli olmaq insanı cənnətlik edən əməllər sırasında qeyd olunmuşdur. “İnsan” surəsinin 12-ci ayəsində buyurulur:

وَجَزَاهُم بِمَا صَبَرُوا جَنَّةً وَحَرِيرًا

“Onları etdikləri səbir müqabilində cənnətlə və (cənnəfdə geyəcəkləri) ipəklə (ipək libaslarla) mükafatlandıracaqdır.”

“Rəd” surəsinin 21-23-cü ayələrində belə buyurulur:

وَالَّذِينَ يَصِلُونَ مَا أَمَرَ اللّهُ بِهِ أَن يُوصَلَ وَيَخْشَوْنَ رَبَّهُمْ وَيَخَافُونَ سُوءَ الحِسَابِ. وَالَّذِينَ صَبَرُواْ ابْتِغَاء وَجْهِ رَبِّهِمْ وَأَقَامُواْ الصَّلاَةَ وَأَنفَقُواْ مِمَّا رَزَقْنَاهُمْ سِرًّا وَعَلاَنِيَةً وَيَدْرَؤُونَ بِالْحَسَنَةِ السَّيِّئَةَ أُوْلَئِكَ لَهُمْ عُقْبَى الدَّارِ. جَنَّاتُ عَدْنٍ يَدْخُلُونَهَا وَمَنْ صَلَحَ مِنْ آبَائِهِمْ وَأَزْوَاجِهِمْ وَذُرِّيَّاتِهِمْ وَالمَلاَئِكَةُ يَدْخُلُونَ عَلَيْهِم مِّن كُلِّ بَابٍ. سَلاَمٌ عَلَيْكُم بِمَا صَبَرْتُمْ فَنِعْمَ عُقْبَى الدَّارِ

O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq əlaqələrini qoruyub-saxlayır), Rəbbindən və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxurlar və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün (bu yolda bütün əziyyətlərə) səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən (yoxsullara, ehtiyacı olanlara) gizli və aşkar xərcləyir, pisliyin qarşısını yaxşılıq etməklə alırlar – məhz onları (gözəl) axirət yurdu – özlərinin, həmçinin əməlisaleh ataları, zövcələri və övladlarının daxil olacaqları Ədn cənnətləri gözləyir. Mələklər də hər bir qapıdan (cənnət qapılarından) daxil olub (onlara): “(Dünyada Allah yolunda bütün çətinliklərə) səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdu (cənnət) nə gözəldir!” – deyəcəklər.”

“Furqan” surəsinin 75-ci ayəsində də belə buyurulur:

أُوْلَئِكَ يُجْزَوْنَ الْغُرْفَةَ بِمَا صَبَرُوا وَيُلَقَّوْنَ فِيهَا تَحِيَّةً وَسَلَامًا

“...Məhz belələri (Allah yolunda bütün çətinliklərə, əziyyətlərə) səbir etdiklərinə görə cənnət guşəsi ilə mükafatlandırılacaq, orada ehtiramla, salamla qarşılanacaqlar.”

Şiə və əhli-sünnə alimlərinin qeydlərinə əsasən, ilk ayə, yəni “İnsan” surəsinin 12-ci ayəsi imam Əli (ə), xanım Fatimeyi-Zəhra (s.ə), imam Həsən (ə) və imam Hüseyn (ə) barəsində nazil olmuşdur. Onlar üç gün ardıcıl oruc tutduqları zaman iftar vaxtı yeməklərini yoxsula, yetimə və əsirə verib özləri su ilə iftar etdilər. Onların yüksək səviyyədə dözümlülük göstrəməsi, Allaha itaətdə səbirli olmasl Allah-Taalanın müjdəsi və tərifi ilə nəticələndi. Bəli, çətinliklərə və müsibətlərə sinə gərib dözmək, Allaha itaətdə səbirli olmaq, həmçinin günah amilləri müqabilində nəfsin meyillənə qalib gəlib dözmək, səbir etmək behişt açarlarındandır.

Uyğun ayədə səbir edənlərin behişt nemətləri içindən ipək və gözəl libaslarla mükafatlandırılacağı diqqəti daha da cəlb edir. Bunun səbəbi bu ola bilər ki, səbir edənlər içərisindən bu zümrə (Əhli-beyt) öz yeməklərini aclara verdikləri kimi, libaslarını da bağışlayırmış, yalnız bir sadə libasla kifayətlənərmişlər. Yaxud da insanın zahiri gözəllində libas ilk şərt hesab olunduğu kimi, batini gözəlliyin də ilkin şərti Qurani-Kərimdə buyurulan “təqva və pərhizkarlıq libası”dır. (“Didari-yar”, Ayətullah Məkarim Şirazi, səh.70-71.)

Rza Şükürlü (Maide.az)

 

 

Google+ WhatsApp ok.ru