Quran-Kərimlə daha çox ünsiyyətdə olmaq üçün 7 qayda

Quran-Kərimlə daha çox ünsiyyətdə olmaq üçün 7 qayda

Siz də çox nadir hallarda Quranın sorağına gedənlərdənsinizmi? Və ya həmişə Quran oxuyursunuz, amma elə hiss edirsiniz ki, sizin ürəyinizə lazım olan təsiri qoya bilmir?
 
Hər bir şəraitdə Quran-Kərimlə daha çox ünsiyyət qurmaq üçün çox sadə yollar vardır ki, sizə Quranla daha çox yaxın olmaq üçün kömək edə bilər. Quranla daha yaxın olmaq və Quran oxumaqdan ləzzət duymaq üçün aşağıdakı şərtlərə əməl etməliyik:
 
1) Qəlb evini paklamaq: Quranı əlimizə götürməmişdən öncə "qəlb"imizə bir baş çəkək. Özümüzdən sədaqətlə soruşaq: Nə üçün Quran oxuyuram? Təkcə sonra unudacağımız bəzi dini məlumatları əldə etmək üçünmü? Yadımızda olsun ki, Həzrət Məhəmməd (s) canlı Quran idi. Yəni təkcə Quranı oxumurdu, bəlkə onun hər sətrini yaşayırdı. Belə isə biz də Quranı yaşamaq üçün oxumalıyıq.
 
2) Dəstəmaz almaq: Ürəyimizi Quran oxumaq üçün hazırlayandan sonra cismimizi bunun üçün hazırlamlıyıq. Zahiri çirkinliklərdən də uşaqlaşmalıyıq. Təharət etməli, dəstəmaz almalıyıq ki, fiziki və psixi cəhətdən Quranın tilavətinə hazır olaq. Çünki biz sıradan bir kitabı deyil, bizi Allah ilə danışdıracaq Quran-Kərimi oxumaq istəyirik. Və elə buna görə də pak olmaq bunun üçün əsas şərtdir.
 
3) Hər gün 5 dəqiqə vaxt ayırmaq: Quranla ünsiyyət deyəndə belə başa düşməyək ki, biz hər gün saatlarla Quran oxumalıyıq. Xeyr. Bunun üçün hər gün günün müəyyən vaxtlarında, məsələn namazlardan öncə və ya sonra, yemək vaxtlarından öncə və ya sonra 5 dəqiqəmizi ayıraq və Quran-Kərimdən bir səhifəni mütaliə edək, üzərində düşünək və əməl edək. Əgər hər gün bu proqram ilə getsək iki il ərzində bütün Quranı təfəkkür ilə oxumuşuq. Və təbii ki, təfəkkürlə oxunubsa, biz bunun təsirini həyatımızda da müşahidə edəcəyik.
 
4) Nə oxuduğumuzu düşündüyümüzə və başa düşdüyümüzə əmin olmaq: Bir kitabı başa düşməsək onu oxumaq da bizə zövqverici olmayacaqdır. Quran-Kərim də belədir. Əgər Quranla üns qurmaq və ona bağlanmaq istəyiriksə, mötəbər bir tərcüməsini də tapıb əlimizin altında saxlayırıq. Oxuduğumuz ayələrin tərcüməsini də oxuyur və üzərində düşünürük. Və bununla da nə oxuduğumuzu və nə üçün oxuduğumuzu bilirik.
 
5) Özümüzə düşünmək fürsəti verək: Quran ayələrini mütaliə etdikdən sonra, zehni başqa işlərə məşğul etmə. Onları zehnində təkrar et ki, orda möhkəmlənsinlər. Oxuduğun ayələrin həyatındakı yerini və nümunəsini düşün. Bu ayələri öz həyatında necə tətbiq edəcəyin və edə bilərsən barədə düşün.
 
6) Quranla yoldaşlıq, həmkarlıq və həmsəfərlik edək: Gündəlik proqramdan əlavə də Quran üçün vaxt ayıra bilərik. Bunun üçün həmişə bir Quran (kiçik Quran nüsxəsi və ya elektron nüsxəsi) özümüzlə götürək. Yaranan hər fürsətdə, qatarda, avtobusda, dayanacaqda onu oxuyaq.
 
7) Allahla söhbət və "nəcva" (astadan dərdləşmək) edək: Allahdan istəyək ki, bizə Quranı düşünməkdə, oxumaqda və həyatımıza tətbiq etməkdə kömək olsun. Bizim zehnimizi Quranın düzgün və dorğu mənasına hidayət etsin. Çünki bizim hədəfimiz Quran oxuyarkən Allahla xalis rabitə və əlaqə yaratmaqdır. Buna görə də biz bunu Allahdan da istəməliyik ki, Onunla söhbət etməyə və onun eşqinə yanmağa bizə də icazə versin. (iqna) /

Google+ WhatsApp ok.ru