Bəqərə, 58. Və (yadınıza salın) o zaman(ı) ki, dedik: «Bu şəhərə (Beytül-Müqəddəsə) daxil olun və oranın istədiyiniz yerindən bolluca yeyin və bu qapıdan (şəhərin, ya Məscidül-Əqsanın qapısından) səcdə halında daxil olun və «(İlahi, bizim istəyimiz) günahların tökülməsidir» deyin ki, sizin səhvlərinizi bağışlayaq. Biz yaxşı iş görənləri(n savabını) artıracağıq.

Həzrət Əli (ə) buyurur:
“Hədsiz zarafat abır-həyanı aradan aparır və düşmənçiliyə səbəb olur.”



Quran oxumaqdan ləzzət almaq üçün tövsiyələr

Tarix : 29-08-2017 16:23

Böyük Yaradanın yaratdıqlarını düz yola hidayət etmək üçün Həzrət Məhəmmədin (s) vasitəsilə göndərdiyi bu müqəddəs kitab həmişə canlıdır, yəni biz onu oxuduqda sanki həmin an bizə nazil olur.
 
"Quran-Kərimi oxumaq, həqiqətdə Allahı dinləmək, Onu eşitmək, Yaradanla söhbət etmək və Onun yolunda addımlamaqdır.
 
Buna görə də Quran-Kərimi oxumaq həyat yolunda həyatı yaradan Xaliq ilə birgə addımlamaqdır.
 
اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ*نَزَّلَ عَلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقاً لِّمَا بَيْنَ يَدَيْهِ وَأَنزَلَ التَّوْرَاةَ وَالإِنجِيلَ 
 
"Tək olan Allah ki, Ondan başqa bir məbud yoxdur! O diri və Öz zatı üzərində dayanan, (varlıq aləmini) öz yerində saxlayan qüdrət sahibi və əbədidir. Özündən qabaqkıları (peyğəmbərləri, şəriətləri və səmavi kitabları) təsdiq edən bu kitabı haqq olaraq (və ali və əqlani bir məqsədlə) sənə tədricən nazil etdi. Tövrat və İncili (onların hər birini isə) birdəfəlik və məcmu halında nazil etdi".
 
Onu ilk dəfə Peyğəmbərin (s) dilindən eşidənlər üçün Quran canlı bir həqiqət idi. Onların heç bir şübhəsi yox idi ki, bu kitab Allah tərəfindən Peyğəmbər (s)  vasitəsilə onlara nazil olur və Allah mələk və peyğəmbər vasitəsi ilə onlarla danışır. Buna görə da bu ilahi kəlamı birbaşa eşidərkən qəlbləri və zehinləri sehrlənir, gözləri yaşla dolur və bədənləri titrəyirdi. Onlar Quranın hər bir sözünü dərində dərk edirdilər, ayələr ilə həyatları arasında bağlılıq görür və onlara əməl etməyə çalışırdılar.
 
Bu gün də Quran həmin Qurandır. Hər gün hər yerdə görür, eşidir və oxuyuruq, müxtəlif təfsir və tərcümələri ilə rastlaşırıq. Amma bizim ürəklərimiz sakit, zehinlərimiz laqeyd, gözlərimiz qurudur və həyatımızda da bu müqəddəs kitabdan bir əsər və əlamət yoxdur. Çünki biz Quranı həqiqi və canlı bir varlıq kimi görə bilmirik. Bizim üçün Quran 1400 il öncə olduğu kimi canlı və təsirli deyil, bunun isə əlbəttə səbəbləri vardır.
 
Burda cavab verməli olduğumuz əsas sual budur ki, Quran- Kərim 1400 il öncə olduğu kimi bu gün də təsirli, canlı və güclü ola, yenə də bizim həyatımıza girə və həyatımızı dəyişə bilərmi?
 
Biz həyat və taleyimizi Quran bayrağı altında yenidən qurmaq istəyiriksə, hər şeyə yenidən başlamaq istəyiriksə, mütləq bu suala cavab verməliyik.
 
Quran xüsusi bir zaman və məkanda nazil olubdur, bu bir həqiqətdir və bir az da problemin bir hissəsidir. Biz o zamandan çox uzaqlaşmışıq, dünyada çox şeylər dəyişib, bəşəriyyətin bugünkü yaşadığı həyatda elmi sıçrayış baş verib. Bundan əlavə müsəlmanların çoxu Ərəb dilini bilmirlər. Bilənlərin də çoxu Quranın dili ilə tanış deyildirlər. Quranın istiarə, işarə və terminlərini başa düşmək üçün bir sıra elmlərə ehtiyac vardır. Amma bütün bunlarla belə Quran- Kərimin öz dediyinə görə, bu kitab bütün bəşəriyyət üçündür və əbədidir.
Quranın həmişə canlı, bütün zamanlar və məkanlar üçün və əbədi olduğunu dərk etmək üçün kifayətdir ki, bu kitabı bacardığımız qədər ilkin müxatəblər kimi dərk və təcrübə edək. Görək Quran-Kərim bizim həyatımızın müxtəlif mərhələləri üçün nə tövsiyələr edir və sanki Quran indi enirmiş kimi Onu qarşılayaq və Onun mesajlarını nüzul dövründə olduğu kimi həyatıma tətbiq etməyə çalışaq.
 
Bunun üçün isə Quran dünyasına girməliyik. Xalis niyyətlə bu kitabı ələ almalı və sanki həmin anda Allahla söhbət etməyə başlayırmış kimi özünü hiss etməlisən. Bundan öncə isə özünü, məkan və zamanını bu görüş üçün hazırlamalısan, hansı ki, mühüm bir insan ilə görüşə hazırlaşarkən belə edirsən.
 
Bundan əlavə dərk etməliyik ki, Allah ilə danışmağın nə qədər ləzzəti var və bu ləzzət bizim üçün nə qədər əhəmiyyətlidir və biz bu ləzzəti duymağa nə qədər ehtiyaclıyıq.
 
Daha sonra isə özümüzü Allah kəlamının bir başa müxatəbi olaraq görməliyik, Quran ayələrinin mənasında dərin düşünməli, dərk etməyə və əməl etməyə çalışmalıyıq. Çünki Qurandan dərk edib əməl etdiyimiz bizi yeni- yeni dərklərə çatdıracaq və Qurandan dərkimiz dərinləşəcək və Quran mahiyyətimizin bir hissəsi olacaqdır. Dərkimiz yüksəldikcə Quran üzündəki niqabını bizim üçün açacaqdır, ruhumuza məhrəmləşəcəkdir.
 
Belə olan halda bu müqəddəs və qədimi saydığımız kitab böyük bir qüdrət və qüvvət ilə bizi ən böyük hidayət və kamal qüllələrinə hərəkətləndirəcəkdir. Çünki Quran – Kərim başdan ayağa Allahın bizə göstərdiyi çarə yolları, aşiqanə sözləri, öyüd və nəsihətləri və həkimanə göstərişləridir".
 
Qeyd edək ki, bu kiçik məqalə pakistanlı alim və yazıçı Xürrəm Muradın "Qurana gedən yol" kitabından çıxarış idi. Onun bundan əlavə "Bəqərənin açarı", "Quran xəzinələri", "Məhəmməd kimdir", "Məhəmmədin hədiyyələri" və "Şəriət ədalətə gedən yol" adlı əsərləri də vardır.(iqna)
 

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
06:30
07:57
12:36
17:31
23:53
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

17-12-2017 08:16