Quran oxumağın bərəkəti

- Qurani-Kərim insanı üstün mələklər səviyyəsinə ucaldar və insan ilə cəhənnəm arasında mane olar.
- Quran-Kərim, onu oxuyan şəxsə təvazökarlıq, bağlılıq, ucalıq, izzət və zinət verər.
- Quran oxumaq yaddaşı gücləndirər.
- Quran oxumaq, vətənində olanların mərdliyidir.
- Quran oxumaq, dostun kitabını oxumaq və onu xatırlamaq üçün olduğuna görə, insana gümrahlıq, xoşbəxtlik, sevinc bəxş edər.
- Quran oxumaq, insanın qəlbinə nuraniyyət verər.
- Quran oxumaq, ruh və bədənə təsir edir. Həmçinin qəlblərin Allaha yaxınlaşmasını və bədənin xuşu əldə etməsini təmin edər.
- Quran oxumaq, xəstəliklərə şəfadır.
- Quran oxumaq ruhun güclənməsinə səbəb olar. Çünki mücərrəd ruh, ilahi nurla qidalanır və güc toplayır.
- Quran insanı qoruyar. Çünki insanlar barədə hər şey Qurani-Kərimdə açıqlanıb.
- Quran-Kərim, insan üçün hidayət və səadət kitabıdır. İnsan, dünya və axirət həyatına bağlı varlıq olduğuna görə, Quran, insan həyatının hər iki tərəfinə zəmanət verir və yaxşılaşdırır.
- Qəsavət, qəlb xəstəliklərindən biridir və qəlbin yumşalması bəzi səbəblərə bağlıdır və bu səbəblərdən biri də nəsihətdir. Quran ən böyük nəsihətdir.
- Quranı oxumaq və onunla dost olmaq, insan həyatına bərəkət gətirər.
 
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizlərdən hər hansı biriniz Allahla danışmaq istəyirsə, Quran oxusun. Elmin əvvəlini və axırını (öyrənmək) istəyənlər gərək Quran oxusunlar.”
İmam Sadiq (ə) buyurmuşdur: “Quranı üzündən oxumaq valideynin əzabını kafir olsa da belə yüngülləşdirir.”
İmam Sadiq (ə) buyurmuşdur: “Sənin yanında Quran oxunulanda, sakit qalıb qulaq asmaq sənə vacibdir.”
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər gecə (Qurandan) on ayə oxuyan şəxs qafillərdən sayılmaz və əgər əlli ayə oxusa, zikr edənlərdən hesab olunar.”
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Mələklər mənim ümmətimdən olan qeyri-ərəb bir şəxsin düzgün oxumadığı Quranı səhih ərəblə (oxunmuş kimi) yuxarı apararlar.”
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Evlərinizi Quran oxumaqla işıqlandırın, yəhudilər və məsihilər kimi qəbiristana çevirməyin (onlar yalnız kilsələrdə Tövrat və İncili oxuyub, ibadət edirlər); çünki Quran oxumaq xeyir-bərəkət gətirir və ev əhalisinin çoxlu ruzi əldə etməsinə səbəb olur.”
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizin ən yaxşılarınız Quranı öyrənib, başqalarına öyrədənlərdir.”
İmam Sadiq (ə) buyurmuşdur: “Mən evdə Quranın olmasını sevirəm, çünki Allah onun vasitəsilə şeytanları (evdən) uzaq edir.”

Google+ WhatsApp ok.ru