Bəqərə, 69. Dedilər: «Bizə görə Rəbbini çağır, onun rənginin necəliyini bizə aydınlaşdırsın». Dedi: «Rəbbiniz deyir ki, o, görənlərə xoş gələn xalis tünd sarı rəngli bir inəkdir».

İmam Sadiq (ə) buyurur:
“Başqasının sirri üzərindən pərdəni götürənin öz evinin sirləri aşkar olar.”



QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “ŞÜƏRA” (ŞAİRLƏR) SURƏSİ

Tarix : 04-03-2017 10:10

Qurani-Kərimin 26-cı surəsində yer alan “Şüəra” surəsi 227 ayədən ibarətdir və təfsir alimləri arasında məşhur nəzərə görə, son dörd ayədən başqa, digər ayələr Məkkədə nazil olmuşdur. Bu surə “Bəqərə” surəsindən sonra ən çox ayəsi olan surədir. Surənin son dörd ayəsində bihudə və boş-boş danışan şairlər məzəmmət, iman gətirib saleh işlər görən və Allahı çox yad edən şairlər isə tərif olunduğundan, surə “Şüəra” (şairlər) adlandırılmışdır. Həmin ayələrdə belə buyurulur:

وَالشُّعَرَاء يَتَّبِعُهُمُ الْغَاوُونَ. أَلَمْ تَرَ أَنَّهُمْ فِي كُلِّ وَادٍ يَهِيمُونَ. وَأَنَّهُمْ يَقُولُونَ مَا لَا يَفْعَلُونَ. إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَذَكَرُوا اللَّهَ كَثِيرًا وَانتَصَرُوا مِن بَعْدِ مَا ظُلِمُوا وَسَيَعْلَمُ الَّذِينَ ظَلَمُوا أَيَّ مُنقَلَبٍ يَنقَلِبُونَ

“(Peyğəmbər şair deyil.) Şairlər o kəslərdir ki, onlara azğınlar tabe olurlar. Görmürsənmi, onlar hər vadidə sərgərdan dolanırlar. Danışdıqları sözə əməl etmirlər? Yalnız iman gətirib saleh işlər görən, Allahı çox yada salan, zülmə düçar olduqdan sonra (özləri və möminlərin müdafiəsi üçün) qiyam edənlər (poetik hisslərindən yardım istəyən və bəhrələnənlər) istisnadırlar. Zülm edənlər tezliklə biləcəklər ki, qayıdış yerləri haradır.” (“Şüəra” / 224-227.)

“Şüəra” surəsi də “müqəttəə” – “Ta, sin, mim” – hərfləri ilə başlayır və müqəttəə hərfləri ilə başlanılan surələrdə, bir qayda olaraq, Quranın əzəməti və vəsfindən danışıldığından, bu surədə də həmin hərflərdən sonrakı ayədə Quran vəsf edilir və buyurulur:

تِلْكَ آيَاتُ الْكِتَابِ الْمُبِينِ

Bunlar açıq-aşkar kitabın ayələridir.”

Ümumiyyətlə, “Şüəra” surəsinin möhtəvasını neçə hissəyə bölmək olar:

Birinci hissədə “müqəttəə hərfləri” qeyd olunduqdan sonra Qurani-Kərimin əzəmətindən söz açılır, Peyğəmbəri-Əkrəmə (s) müşriklərin inadkarlıqları müqabilində təsəlli verilir, tövhid nişanələri və Allahın vəsfləri bəyan olunur.

İkinci hissədə yeddi böyük peyğəmbərin – Musa (ə), İbrahim (ə), Nuh (ə), Lut (ə), Saleh (ə), Hud (ə) və Şüeybin (ə) əhvalatı, onların inadkar və bütpərəst qövmləri ilə mübarizələri, xalqın onlara inadkar münasibətindən danışılır, Musa peyğəmbərin Fironla sərgüzəşti və mübarizəsi geniş, digər peyğəmbərlərin sərgüzəştləri isə qısa şəkildə izah olunur. Hər əhvalatdan sonra eyni bir ayə təkrarlanır. Həmin ayə surədə səkkiz dəfə qeyd olunaraq, İslam Peyğəmbərinə (s) təsəlli verilir və bildirilir ki, Məkkə camaatının inadkar rəftarı onu üzməsin, çünki bütün peyğəmbərlər belə insanlarla üzləşmişlər.

Həmin səkkiz ayədə belə buyurulur:

إِنَّ فِي ذَلِكَ لَآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ

Şübhəsiz ki, bunda (Quranı və Peyğəmbəri təkzib edənlər üçün Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət edən) bir əlamət vardır. Lakin onların əksəriyyəti iman gətirməzlər.”

Bəli, möminlərin əhval-ruhiyyəsini gücləndirmək üçün ən üstün vasitə tarixdir. Tarixlə tanışlıq nəticəsində bəsirət artır, gələcəklə bağlı proqnozlar müəyyənləşdirilir. Bu səbəbdən, cəmiyyətə rəhbərlik edənlər tarixdən xəbərdar olmalı, ibrət götürməlidirlər.

Üçüncü hissə, həqiqətdə, ötən hissələrin nəticəsi olaraq, İslam Peyğəmbəri (s), Quranın əzəməti, müşriklərin təkzibi və inadkarlığı, o həzrətə dəvət və təbliğ metodu, möminlərlə necə rəftar etməsi ilə bağlı verilən göstərişlərə aiddir və surənin sonunda yersiz danışan şairlər məzəmmət olunur, əməlisaleh möminlər müjdələnir, zülmkarlar isə şiddətlə təhdid edilir. (“Nur” surəsi, 8-ci cild, uyğun surənin müqəddiməsi; “Təfsiri-nümunə”, 15-ci cild, səh.179-180.)

“ŞÜƏRA” SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

İslam Peyğəmbərindən (s) “Şüəra” surəsinin əhəmiyyəti və oxunuşunun savabı haqda nəql olunan bir hədisdə belə oxuyuruq:

وَمَنْ قَرَأَ سُورَةَ الشُّعَرَاءِ كَانَ لَهُ مِنَ الأَجْرِ عَشْرُ حَسَنَاتٍ ، بِعَدَدِ مَنْ صَدَّقَ بِنُوحٍ وَكَذَّبَ بِهِ ، وَهُودٍ وَشُعَيْبٍ وَصَالِحٍ وَإِبْرَاهِيمَ ، وَبِعَدَدِ مَنْ كَذَّبَ بِعِيسَى ، وَصَدَّقَ بِمُحَمَّدٍ )صَ(

“Şüəra surəsini oxuyana Nuh, Hud, Şüeyb, Saleh və İbrahimi (ə) təsdiq və təkzib edən, eləcə də, İsanı (ə) təkzib və Muhəmmədi (s) təsdiq edən hər bir kəsin sayı qədər on savab əta olunar.” (“Məcməül-bəyan”, “Şüəra” surəsinin müqəddiməsi; “Təfsiri-nümunə”dən nəqlən,15-ci cild, səh.180.)

Aydındır ki, bu qədər savab təfəkkür və əməllə yanaşı oxunuşa aiddir.

Rza Şükürlü (Maide.az)

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
03:51
05:30
12:47
20:19
23:58
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.