Bəqərə, 56. Ölümünüzdən sonra sizi (yenidən) diriltdik ki, bəlkə şükür edəsiniz.

İmam Həsən (ə) buyurur:
“Kərəm odur ki, sənə ağız açılmamış əta edəsən.”



QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “ƏHZAB” SURƏSİ

-- Əhzab” surəsi Mədinədə nazil olmuş və 73 ayədən ibarətdir...

Tarix : 06-07-2018 08:40

“Əhzab” surəsi Mədinədə nazil olmuş və 73 ayədən ibarətdir. “Əhzab” – bir-biri ilə həmfikir olan dəstələr deməkdir. Surənin 20-22-ci ayələrində “əhzab” sözü üç dəfə işləndiyi, 7-27-ci ayələrdə də “Əhzab” (Xəndək) döyüşü haqqında söz açıldığından, surə “Əhzab” adlandırılmışdır.

 

“ƏHZAB” DÖYÜŞÜNƏ QISA BİR BAXIŞ

“Əhzab” söyüşü 5-ci hicri-qəməri ilindә müsәlmаnlаrla, onlara qаrşı әl-әlә vеrmiş düşmәn dәstәlәri arasında bаş vеrmişdir. Belə ki, Bәni-Nәzir yәhudilәrindən bir qrupu Pеyğәmbәrin (s) sürgün еtdiyi digәr bir qrup yәhudi ilә әl-әlә vеrәrәk Mәkkәyә gеdir vә Qürеyşliləri Pеyğәmbәrә (s) qаrşı sаvаşа çаğırır. Qürеyşlilər buna хоşhаl оlub оnlаrın dәvәtini hәvәslә qәbul еdir. Yәhudilәrlә qürеyşilәr Әbu-Süfyаnın rəhbərliyi ilə digәr qәbilәlәri dә әtrаflаrındа tоplаyıb, İslаmа qаrşı güclü bir оrdu yаrаdırlаr. Kаfirlәrin Mәdinә üzәrinә hücum хәbәri Pеyğәmbәrә (s) çаtdırıldıqda, o hәzrәt dәrhаl müdаfiә şurаsı yаrаdır vә düzgün müdаfiә üsulu sеçmәk üçün səhabələri ilə mәslәhәtlәşmәlәr аpаrır. Sözsüz, hәmin vахt tәsirli tәdbirlәr görülmәsәydi, güclü düşmәn müsәlmаnlаrın әzәmәtini sındırаcаqdı.

İrаnlılаrın hәrbi tәcrübәsi ilә yахındаn tаnış оlаn Salmаn Fаrsi bildirir ki, Fаrs mәntәqәsindә düşmәnin tәhlükәli hücumu ilә qаrşılаşdıqdа, şәhәr әtrаfındа dәrin хәndәklәr qаzılırdı. О, tәklif еdir ki, Mәdinә әtrаfındа хәndәklәr qаzılsın, bu хәndәklәrin аrхаsındа düşmәnә müqаvimәt göstәrilsin. Peyğəmbərin (s) təşkil etdiyi müdаfiә şurаsı Salmаnın tәklifini qәbul еdir. Şurаnın qәrаrı ilә Mәdinә әtrаfındа dәrin хәndәk qаzılır. Öz hәrbi gücünә güvәnәn kаfirlәr qәlәbә çаlаcаqlаrınа әmin idilәr. Özündәn аrхаyın оlаn düşmәn Mәdinә әtrаfındа хәndәklә qаrşılаşdıqdа çаşıb qаlır. Müsәlmаnlаrın sаyı üç mini аşmаdığı hаldа, düşmәn qоşununun sаyı оn mindәn аrtıq idi. Хәndәyi yаlnız düşmәn qоşununun tаnınmış cәngаvәrlәrindәn, аdlı-sаnlı әrәb qәhrәmаnlаrındаn оlаn Әmr ibn Әbdəvüd kеçә bildi. Әmrin çаğırışınа hәmin vахt çох gәnc оlаn həzrət Әli (ә) cаvаb vеrdi. Çох çәtin sаvаşdаn sоnrа hәzrәt Әli (ә) öz güclü rәqibini hәlаk еtdi. Hәzrәtin qәlәbә nişаnı оlаn tәkbir (“Әllаhu-әkbәr”) sәdаsı göyә ucаldı. Həzrət Әli (ə) kаfirlәrin әn şücаәtli döyüşçüsü оlаn Әmr ibn Әbdəvüdü öldürmәklә düşmәn qоşununun ruhiyyәsini qırdı. Bu tәkbәtәk döyüşdәn sоnrа kаfirlәr qоrхuyа düşdülәr.

Düşmәn bir аy müddәtindә хәndәk әtrаfındа düşәrgә sаldı. Оnlаr öz rәqiblәrinә qısа bir müddәtdә qаlib gәlәcәklәrini düşündüklәrindәn çох аz аzuqә götürmüşdülәr. Digәr bir tәrәfdәn, qаrşıdаn sоyuq qış gәlirdi. Bеlә bir şәrаitdә оn minlik qоşunu sахlаmаq аsаn iş dеyildi. Düşmәnin vәziyyәti bu vә digәr sәbәblәrdәn аğırlаşdı.

Yәhudilәrlә qürеyşlilәr аrаsındаkı müqаvilәnin pоzulmаsı, hаvаnın sоyuqlаşmаsı, sәhrаdаkı güclü tufаn və аzuqәnin tükәnmәsi düşmәnin әzmini qırdı. Bеlәcә, аclıqdаn miniklәri ölmüş müşriklәr әldәn düşmüş hаldа Mәdinәni tәrk еtdilәr! (“Surələr gülüstanı”, Ustad Məhəmmədhüseyn Cəfəri, “Əhzab surəsinə qısa bir baxış” bölümü.)

 

“ƏHZAB” SURƏSİNİN MÖHTƏVASI

Bu surə Qurani-Kərimin ən dolğun surələrindən biridir və özündə “üsuli-din” və fürui-din”lə bağlı mühüm və çeşidli mövzuları ehtiva edir. Surədə yer alan bəhsləri bir neçə qismə bölmək olar:

1. Surənin başlanğıcında İslam Peyğəmbərinə (s) göstəriş verilir ki, yalnız Allahdan qorxsun, Ona və Qurana itaət etsin, kafirlər və münafiqlərin təkliflərinə qulaq asmasın və işlərində Allaha təvəkkül etsin.)

2. Ər-arvad arasında ayrılıq və boşanma vasitəsi sayılan “zihar” məsələsi kimi cahillik dönəminə məxsus bir sıra xurafatların batilliyindən və qohumluq tellərindən söz açılır.

3. Surənin ən mühüm hissəsi “Əhzab” (Xəndək) döyüşünə həsr edilir və bu döyüşdə müsəlmanların kafirlərə qələbəsindən, münafiqlərin bəhanələri və vəfasızlıqlarından danışılır və bu zəmində hərtərəfli göstərişlər bəyan edilir.

4. Peyğəmbərin (s) zövcələrindən və onların müsəlman qadınlarına örnək və nümunə olmasından danışılır, bu zəmində onlara mühüm göstərişlər verilir, məxsusən möminlərin anaları adlandırılır.

5. Cəhşin qızı Zeynəbin macərasına işarə edilir ki, bir zaman o, Peyğəmbərin (s) oğulluğunun (Zeyd) həyat yoldaşı idi, ondan boşandıqdan sonra Allahın əmrinə əsasən, Peyğəmbər (s) onunla ailə həyatı qurur və münafiqlər bu hadisəyə görə söz-söhbət yaratdıqda, onlara tutarlı cavab verilir.

6. Hicabdan danışılır və möminə qadınlara göstəriş verilir ki, islami örtüyə və göstərişlərə riayət etsinlər.

7. Son hissəsə məad bəhsinə həsr olunur, insana tapşırılan böyük əmanətdən, onun təklif və məsuliyyətlərindən, Allaha ibadət və itaət etməsindən söz açılır. (“Təfsiri-nümunə”, 17-ci cild, səh.1834-186.)

 

ƏHZAB SURƏSİNDƏKİ MƏŞHUR AYƏLƏR

  

    1.Peyğəmbərin (s) zövcələri möminlərin analarıdır:

النَّبِيُّ أَوْلَىٰ بِالْمُؤْمِنِينَ مِنْ أَنْفُسِهِمْ ۖ وَأَزْوَاجُهُ أُمَّهَاتُهُمْ

"Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Onun zövcələri də onların analarıdır..."  (Əhzab/6)

 

2. Peyğəmbər (s) ən gözəl örnəkdir:

لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللَّهَ كَثِيرًا

  "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!" (Əhzab/21)

 

3. Peyğəmbərin (s) Əhli-beyti (ə) məsumdur:

إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

  "Həqiqətən, Allah siz Əhli-beytdən çirkinliyi təmizləyib sizi pak-pakizə etmək istəyir." (Əhzab/33)

 

  4. Muhəmməd (s) peyğəmbərlərin sonuncusudur:

  مَا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِنْ رِجَالِكُمْ وَلَٰكِنْ رَسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ

  "Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın rəsulu və nəbilərin sonuncusudur…" (Əhzab/40)

 

 5. Peyğəmbərin (s) zövcələri ilə evlənmək haramdır:

  وَمَا كَانَ لَكُمْ أَنْ تُؤْذُوا رَسُولَ اللَّهِ وَلَا أَنْ تَنْكِحُوا أَزْوَاجَهُ مِنْ بَعْدِهِ أَبَدًا ۚ إِنَّ ذَٰلِكُمْ كَانَ عِنْدَ اللَّهِ عَظِيمًا

  Sizə Allahın Peyğəmbərini incitmək, özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük günahdır! (Əhzab/53)

 

6. Salavat ayəsi:

  إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ ۚ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا

  Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib layiqincə salamlayın! (Əllahummə səlli əla Muhəmməd və ali-Muhəmməd - deyin!) (Əhzab/56)

  

7. Hicab ayəsi:

  يَا أَيُّهَا النَّبِيُّ قُلْ لِأَزْوَاجِكَ وَبَنَاتِكَ وَنِسَاءِ الْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِنْ جَلَابِيبِهِنَّ ۚ ذَٰلِكَ أَدْنَىٰ أَنْ يُعْرَفْنَ فَلَا يُؤْذَيْنَ ۗ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا

  "Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!" (Əhzab/59)

  

8. Əmanət ayəsi:

  إِنَّا عَرَضْنَا الْأَمَانَةَ عَلَى السَّمَاوَاتِ وَالْأَرْضِ وَالْجِبَالِ فَأَبَيْنَ أَنْ يَحْمِلْنَهَا وَأَشْفَقْنَ مِنْهَا وَحَمَلَهَا الْإِنْسَانُ ۖ إِنَّهُ كَانَ ظَلُومًا جَهُولًا

  "Biz əmanəti (ilahi vəzifə və məsuliyyəti) göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən (götürüb özləri ilə daşımaqdan) qorxub çəkindilər. Ona insan yükləndi. Həqiqətən, o çox zalım, çox cahildir." (Əhzab/72)

 

“ƏHZAB” SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

1. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

من قرء سورة الاحزاب و علمها اهله ... اعطی الامان من عذاب القبر:

“Hər kim “Əhzab” surəsini oxusa və əhli-əyalına öyrətsə, qəbir əzabından amanda qalar.” (“Məcməul-bəyan”, 8-ci cild, səh.334.)

2. İmam Sadiq (ə) buyurmuşdur:

من کان کثیر القرائة لسورة الاحزاب کان یوم القیامة فی جوار محمد (صلی اللّه علیه و آله و سلّم ) و آله و ازواجه :

“Hər kim “Əhzab” surəsini təkrar-təkrar oxusa, qiyamətdə Peyğəmbər (s) və xanədanı ilə birgə olar.” (“Məcməul-bəyan”, 8-ci cild, səh.334.)

Rza Şükürlü (Maide.az)

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
04:23
05:53
12:45
19:51
00:00
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

17-08-2018 18:37