Yer üzündə olanların hamısını sizin üçün yaradan, sonra isə səmaya (onun yaradılışına) başlayan, beləliklə, onları (hikmətə uyğun və yaradılışında heç bir nöqsan olmadan) yeddi səma halında nizama salan Odur. O, hər şeyi biləndir. ("Bəqərə" surəsi 29)

Həzrət Məhəmməd (s) buyurur:
“Mənim Əhli-beytim Nuhun gəmisi kimidir. Ona minən nicat tapar, ondan üz çevirənsə qərq (həlak) olar.”



QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “FURQAN” SURƏSİ

Tarix : 25-02-2017 22:00

Qurani-Kərimin 25-ci surəsi olan “Furqan” (və yaxud “Təbarək”) surəsi Məkkədə nazil olmuş və 77 aydən (896 söz və 3877 hərfdən) ibarətdir. Surənin 1-ci ayəsində Qurani-Kərim “Furqan” adlandırılır. “Furqan” dedikdə, “haqqı batildən ayıran” nəzərdə tutulur. Surədə Quran “Furqan” adı ilə tanıtdırıldığından, surə həmin adla adlandırılmışdır.

“Furqan” surəsi Məkkədə nazil olduğundan, əsas etibarilə, etiqadi məsələlərdən – təbiətdə tövhid və Allahın əzəmət nişanələrindən, məaddan, qiyamətdə insanların çəkəcəyi həsrətdən, Peyğəmbəri-Əkrəmin (s) nübüvvətindən, şirk və müşriklərlə mübarizədən, küfr, günah və bütə pərəstişin acı aqibətindən, keçmiş qövmlərin, o cümlədən, “Rəss” səhabələrinin əməlləri və həlakətindən, möminlərin kafirlərlə müqayisəsindən söz açılır. Surənin son hissəsində “İbadur-rəhman” ifadəsi ilə rəhman Allahın həqiqi bəndələrinin xüsusiyyətləri bəyan olunur və bu mövzu sözügedən surənin 63-cü ayəsindən sonunadək davam edir. Həqiqətdə, bu xüsusiyyətlər İslam əxlaqının əsaslarını təşkil edir və haqq yolçularının yolu üzərində nurlu çıraqdır.

İLAHİ BƏNDƏLƏRİN XÜSUSİYYƏTLƏRİNƏ QISA BİR BAXIŞ

“Furqan” surəsinin 63-77-ci ayələrində ilahi bəndələrə xas on dörd xüsusiyyətdən danışıılır və bu xüsusiyyətlər aşağıdakılardan ibarətdir:

1. Təvazökarlıq; 2. nadanlarla mülayim rəftar; 3. gecə ibadətləri, xüsusilə, gecə namazı; 4. Allahdan və əzabından qorxu; 5. ifrat və təfritlə mübarizə; 6. hər növ şirkdən uzaqlıq; 7. insanın canı və qanının möhtərəmliyi; 8. iffətsizlik və zinadan çəkinmə; 9. dinə yad məclislərdən uzaqlıq; 10. yersiz işlərdən çəkinmə; 11. təhqiq və təfəkkür; 12. övlad tərbiyəsi; 13. başqalarına örnək olma; 14. həyatın çətinliklərində səbir və dözümlülük.

“Rəss” səhabələrİ kİm İdİ?

Sözügedən surənin 38-ci ayəsində “Rəss” səhabələrindən söz açılır və buyurulur:

وَعَادًا وَثَمُودَ وَأَصْحَابَ الرَّسِّ وَقُرُونًا بَيْنَ ذَلِكَ كَثِيرًا

”Ad qövmü, Səmud qövmü, Rəss səhabələri və onların arasındakı bir çox nəsilləri (həlak etdik).”

Təfsir kitablarında “Rəss” qövmü haqqında xeyli söhbət getmişdir. Kimi onları Şüeybin qövmü, kimi Yəmamədə bir şəhərin Rəss adlandığını, kimi də Antakiyada Rəss adlı quyu olduğunu qeyd edir. Kimi də Rəss sözünü Araz (Ərəs) çayına aid edir. “Üyunu əxbarir-Riza” kitabında isə imam Rzadan (ə) belə nəql olunur: “Bir şəxs imam Əlidən (ə) Rəss səhabələri haqqında soruşduqda, İmam buyurdu: “Nuhun tufanından sonra Nuh peyğəmbərin Yafis adlı oğlu “Sənubər” adlı bir ağac əkir. İnsanlar bu ağacı müqəddəs hesab etdiklərindən, onun ətrafında 12 şəhər salırlar. Şəhərlər “Aban, Azər, Dey, Bəhmən, İsfəndar, Fərvərdin, Ordibehişt, Xordad, Mordad, Tir, Mehr və Şəhrivər” (İran ayları bu adlardan görülüb) adlandırılır. İnsanlar hər ay həmin ağacın kənarında qurban kəsib, kəndlərdən birində şadlıq keçirməyə başlayırlar. İsfəndar şəhərini paytaxt seçdikləri üçün, bu şəhərdə bayram daha əzəmətli və izdihamlı keçirilirmiş. Onlar bayram mərasimində kəsdikləri qurbanı yandırır və onun tüstüsü göyə qalxdıqda, Sənubər ağacının müqabilində səcdəyə düşüb ağlayır, ah-nalə çəkir və beləcə 12 gün bayram keçirirmişlər. Allah bu insanların hidayəti üçün peyğəmbər göndərir. Amma onlar peyğəmbəri təkzib edirlər. Peyğəmbər azğın camaatı lənətlədi və bu lənətdən sonra müqəddəs ağac qurudu. Azğın qövm dərin bir quyu qazıb Allahın peyğəmbərini həmin quyuya atdı. Allahın peyğəmbəri bu sayaq şəhadətə çatdırıldı. Allahın peyğəmbəri şəhadətə yetirildikdən sonra Rəss səhabələri həlak oldular. (“Təfsiri-nümunə”, 15-ci cild, səh.91-95; “Nur təfsiri”, 8-ci cild, uyğun ayənin təfsirində.)

FURQANSURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə belə oxuyuruq:

وَمَنْ قَرَأَ سُورَةَ الْفُرْقَانَ، بُعِثَ يَوْمَ الْقِيَامَةِ وَهُوَ مُوقِنٌ بِأَنَّ السَّاعَةَ آتِيَةٌ لَا رَيْبَ فِيهَا، وَأُدْخِلَ الْجَنَّةَ بِغَيْرِ حِسَابٍ

“Hər kim “Furqan” surəsini tilavət etsə (surənin möhtəvası üzərində düşünüb hökmlərinə əməl etsə), qiyamət gününə yəqin etdiyi, qiyamət gününün yetəcəyinə şəkk-şübhə etməyəcəyi halda qəbirdən baş qaldırar və hesabsız cənnətə daxil olar.” (“Məcməül-bəyan”, uyğun ayənin təfsirində.)

İshaq ibn Əmmar imam Kazimin (ə) belə buyurduğunu nəql edir:

لا تدع قراءة سورة " تبارك الذي نزل الفرقان على عبده " فان من قرأها في كل ليلة لم يعذبه الله أبدا، ولم يحاسبه، وكان منزله في الفردوس الاعلى...

““Təbarək” (“Furqan”) surəsini oxumağı tərk etmə! Çünki hər kim onu hər gecə oxusa, Allah-Taala ona heç vaxt əzab verməz, ondan hesab çəkməz və ona “behitşti-əla”da yer ayırar.” (“Nurus-səqəleyn”, 4-cü cild, səh.2; “Təfsiri-nümunə”dən nəqlən, 15-ci cild, səh.5.)

Rza Şükürlü (Maide.az)

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
03:51
05:30
12:47
20:19
23:58
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.