Bəqərə, 63. Və (yadınıza salın) o zaman(ı) ki, sizdən əhd-peyman aldıq və Tur dağını başınızın üzərinə ucaltdıq (və dedik): «(Tövratın ayələrindən) sizə verdiklərimizi əzmlə, möhkəm iradə ilə qəbul edin və orada olanları (əməl etmək üçün) xatırlayın, bəlkə təqvalı olasınız».

İmam Hüseyn (ə) buyurur:
“Möminin haqqını yerinə yetirmək, Allaha edilən ibadətlərin ən üstünüdür.”



QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “HƏCC” SURƏSİ

Tarix : 08-02-2017 16:21

78 ayədən ibarət olan “Həcc” surəsi Qurani-Kərimin 22-ci surəsidir və Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrətinin ilkin çağlarında, “Bədr” döyüşündən öncə Mədinədə (“Nur” surəsindən sonra və “Munafiqun” surəsin qabaq) nazil olmuşdur.

“Həcc” sözü lüğətdə bir işin yerinə yetirilmə məqsədi mənasını bildirir. İslam şəriətində isə hər il Məkkədə keçirilən xüsusi mərasimə “həcc” deyilir. Surənin 25-ci ayəsindən 37-ci ayəsinə qədər Kəbə evi, onun tarixi, həccin ictimai-siyasi əhəmiyyəti haqqında danışıldığından, surə “Həcc” adlandırılmışdır.

Surənin 39-cu ayəsi “cihad” haqda nazil olmuş ilk ayədir. İslamın əvvəllərində Məkkə müşrikləri müsəlmanlara ağır işkəncələr verdiyindən, müsəlmanlar dəfələrlə Peyğəmbəri-Əkrəmin (s) hüzuruna gəlib, bu dözülməz vəziyyətə görə gileylənmişdilər. O həzrət cihada məmur olunmadığından həmişə onları səbirli və dözümlü olmağa dəvət edirdi. Nəhayət, hicrətdən sonra “Həcc” surəsinin 39-cu ayəsi nazil olaraq, müsəlmanlara müşriklərlə döyüşmək və cihad etmək üçün icazə verildi. (“Məcməül-bəyan”, Təbərsi; “Əd-duruul-mənsur”, Süyuti, uyğun ayənin təfsirində.)

Həmin ayədə belə byurulur:

أُذِنَ لِلَّذِينَ يُقَاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا وَإِنَّ اللَّهَ عَلَى نَصْرِهِمْ لَقَدِيرٌ

Zülmə məruz qaldıqlarına görə döyüşənlərə (kafirlərə qarşı Allah yolunda döyüşməyə) icazə verilmişdir. Əlbəttə, Allah onlara yardım etməyə qadirdir.”

Ümumiyyətlə, “Həcc” surəsinin möhtəva baxımından mətləbləri neçə hissəyə bölünür:

1. Bir qisim ayələr məad məsələsi, onun məntiqi dəlilləri, qafil insanların qiyamətin səhnələrindən qorxudulması və bu kimi mətləblərə aiddir. Bu məsələlərə elə surənin 1-ci ayəsindən toxunulur və surənin mühüm bir hissəsini təşkil edir.

2. Bəzi ayələr şirk və müşriklərlə mübarizəyə həsr olunur və insanların diqqəti Allah-Taalanın əzəməti və varlıq aləmindəki nişanələrinə yönəldilir.

3. Surənin bir hissəsində insanlar keçmiş qövmlərin sərgüzəşti və onlara nazil olan ağrılı-acılı ilahi əzablardan ibrət götürməyə dəvət olunurlar. Bu hissədə Nuhun qövmü, Ad və Səmud qövmü, İbrahim və Lutun qövmü, Şüeyb və Müsanın qövmü xatırlanır.

4. Bir sıra ayələrdə həcc məsələsi, onun tarixinin İbrahim peyğəmbərin dövrünə gedib çatması, təvaf, qurbanlıq və həccin digər hökmlərindən söz açılır.

5. Bir qisim ayələr hücuma keçən düşmənlərlə döyüş və zalımlarla mübarizəyə ehtiva olunur.

6. Nəhayət, surənin bir hissəsində həyatın müxtəlif zəminlərindəki ibrət və öyüdlərdən, namaz və zəkata təşviqdən, yaxşılığa dəvət və pislikdən çəkindirmə, Allaha diqqət və təvəkküldən danışılır.

“HƏCC” SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

İslam Peyğəmbərindən (s) nəql olunan bir hədisdə belə oxuyuruq:

وَمَنْ قَرَأَ سُورَةَ الْحَجِّ، أُعْطِيَ مِنَ الْأَجْرِ بِعَدَدِ مَنْ حَجَّ وَاعْتَمَرَ فِيمَا مَضَى وَفِيمَا بَقِيَ

AllahHəccsurəsini oxuyana keçmişdə gələcəkdə həcc ümrə əməllərini yerinə yetirənlərin sayı qədər həcc ümrə savabı verər.”

Şübhəsiz, bu qədər savab yalnız dildə oxuyan şəxsə deyil, insanı təfəkkür və düşüncə nəticəsində əmələ sövq edən tilavət və oxunuşa aiddir. (“Təfsiri-nümunə”, Ayətullah Məkarim Şirazi, 14-cü cild, səh.4; “Surələr gülüstanı”, Məhəmmədhüseyn Cəfəri, səh.133.)

Rza Şükürlü (Maide.az)

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:06
06:26
12:34
18:54
23:54
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.