Yaxud (onların hekayəti) səmadan yağan və qaranlıqlar, göy gurultusu və şimşəyi olan doluya (düşmüş şəxslərin hekayətinə) bənzəyir. Onlar ölümdən qaçmaq üçün ildırımın şiddətindən barmaqlarını qulaqlarına tıxayarlar. Allah bütün kafirləri (elm və qüdrət baxımından) əhatə etmişdir.
("Bəqərə" surəsi 19)

Peyğəmbər (s) buyurub : «Аlimin bir sааt еlmә sәrf еtdiyi vахtı аbidin yеtmiş il ibаdәtindәn üstündür.»




QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “MUMİNUN” SURƏSİ

Tarix : 16-02-2017 10:32

Qurani-Kərimin 23-cü surəsi olan “Muminun” surəsi 118 ayədən ibarətdir və Məkkədə nazil olmuşdur.

Adından göründüyü kimi, surənin mühüm bir hissəsində möminlərin siması və iman nişanələrindən söz açıldığı, əqidə və əməllərə xüsusi önəm verildiyi üçün, surə “Muminun” (möminlər) adlandırlmışdır.

Ümumiyyətlə, surədə bəhs olunan mətləbləri bir neçə qismə bölmək olar:

–Surə “Qəd əfləhəl-muminun” (Həqiqətən, möminlər nicat tapdılar, xoşbəxt oldular!) – ibarəsi ilə başlayır və bir neçə ayədə onların nicat və xoşbəxtliyinə səbəb olan xüsusiyyətlərdən söz açılır.

–Möminlərin xüsusiyyətləri “tövhid”ə imandan qaynaqlandığından, surənin ikinci hissəsi allahşünaslıq və varlıq aləmindəki ilahi nişanələr, yerin, göyün, insanın (xüsusilə ana bətnində rüşeymin təkamül mərhələrləri), heyvanların və bitkilərin yaradılışına hakim qəribə nizamın nümunələrinə həsr olunur.

–Bəhsin təkmilləşməsi məqsədilə, üçüncü qisimdə Nuh, Hud, Musa və İsa kimi peyğəmbərlərin ibrətamiz sərgüzəştlərindən, müxtəlif qövmlərin onların dəvətinə cavabından da danışılır.

–Məntiqi dəlillər və sərt ibarələrlə təkəbbürlülərə xəbərdarlıq edilir.

–Məad və ölümdən sonrakı həyatdan qısa şəkildə söz açılır.

–Allahın varlıq aləminə hakimiyyəti və əmrinin nüfuzlu olması barədə bəhs surənin altıncı qismini təşkil edir.

–Nəhayət, surənin yeddinci qismində, yenə qiyamətdən, hesab-kitabdan, xeyirxahların mükafatı, günahkarların cəzasından danışılır və insanın yaradılış hədəfinin açıqlanması ilə surə sona yetirilir.

Beləliklə, etiqadi və əməli dərslər məcmuəsi “Muminun” surəsinin möhtəvasını təşkil edir.

MÖMİNLƏRİN NİŞANƏLƏRİ

Surənin başlanğıcında möminlərin bir sıra nişanələri bəyan olunduğundan, biz də burada həmin nişanələri qeyd etməklə kifayətlənirik:

1. Namazlarını “xüşu” ilə (mütiliklə) qılmaq;

2. Lağlağıdan və boş işlərdən üz döndərmək;

3. Zəkat vermək;

4. Ayıb yerlərini (zinadan, günahdan) qoruyub-saxlamaq;

5. Əmanətdarlıq;

6. Əhd-peymana vəfadarlıq;

7. Namazları qoruyub-saxlamaq (həmişə vaxrlı-vaxtında qılmaq).

Göründüyü kimi, surədə möminlərin nişanələrindən söz açarkən, namazla başlayıb namazla da sona yetirir. Bu isə namazın daha mühüm olduğunu bildirir.

“MUMİNUN” SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

İslam Peyğəmbəri (s) və Əhli-beytdən (ə) bizə gəlib çatmış İslam rəvayətlərində “Muminun” surəsini tilavət edənlər üçün çoxlu fəzilət və savab qeyd olunur. İslam Peyğəmbərindən (s) nəql olunan bir hədisdə buyurulur:

وَمَنْ قَرَأَ سُورَةَ الْمُؤْمِنِينَ، بَشَّرَتْهُ الْمَلَائِكَةُ (يوم القيامة) بِرَوْحٍ وَرَيْحَانٍ وَمَا تُقَرُّ عَيْنُهُ عِنْدَ نُزُولِ الْمَوْتِ

“Hər kim “Muminun” surəsini oxusa, mələklər (qiyamət günü) onu behiştlə müjdələyər və ölüm mələyi (onun ruhunu bədənindən ayırmaq üçün) gəldiyi zaman (xoş xəbərlər verməklə) onun gözləri işıqlanar.” (“Məcməül-bəyan”, 7-ci cild, səh.98.)

İmam Sadiq (ə) bu surənin fəziləti haqda belə buyurur:

مَنْ قَرَأَ سُورَةَ الْمُؤْمِنِينَ ختم الله له بالسعادة اذا کان یدمن قرائتها في كل جمعة و كان منزله في الفردوس الأعلي مع النبيين والمرسلين

Hər kim “Muminun” surəsini oxusa və hər cümə günü surənin tilavətini davam etdirsə, Allah-Taala onun həyatını səadətlə bitirər, “Firdovsi-Əla”da (behiştin ən yüksək mərtəbəsində) ilahi peyğəmbərlərlə yoldaş olar. (“Ruhul-məani”, 18-ci cild, səh.2; “Təfsiri-nümunə”, Ayətullah Məkarim Şirazi, 14-cü cild, səh.189-191.)

Rza Şükürlü (Maide.az)

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.