Bəqərə, 60. Və (yadınıza salın) o zaman(ı) ki, Musa öz qövmü üçün su istəyəndə (ona) «əsanı o daşa vur» dedik. Beləliklə, ondan (Yəqubun nəslindən olan on iki qəbilə üçün) on iki çeşmə qaynadı. Hər bir dəstə özünün su içmək yerini tanıdı (və dedik): «Allahın ruzilərindən yeyin, için və bu yer üzündə fəsad törədən olaraq hərəkət etməyin».

Həzrət Əli (ə) buyurur:
“Nadanlığın sübutu üçün insanın özündən razı olmağı yetər.”



QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “NƏML” SURƏSİ

Tarix : 13-03-2017 08:50

Doxsan üç ayədən ibarət olan “Nəml” surəsi Qurani-Kərimin 27-ci surəsidir və məşhur nəzərə görə, “Şüəra” surəsindən sonra Məkkədə, müxtəlif münasibətlərlə əlaqədar nazil olmuşdur.

“Nəml” surəsi də “müqəttəə” – “Ta, sin” – hərfləri ilə başlayır və müqəttəə hərfləri ilə başlanılan surələrdə, bir qayda olaraq, Quranın vəsfindən danışıldığından, bu surədə də həmin hərflərdən sonrakı ayədə Quran vəsf edilir və buyurulur:

طس تِلْكَ آيَاتُ الْقُرْآنِ وَكِتَابٍ مُّبِينٍ. هُدًى وَبُشْرَى لِلْمُؤْمِنِينَ...

“Ta, sin. Budur Quranın və açıq-aydın Kitabın ayələri! (Bu ayələr) möminlərə hidayət (doğru yol göstərən rəhbər) və müjdədir...”

Surənin 18-ci ayəsində qarışqalar və həzrət Süleymanın (ə) əhvalatından danışıldığından, surə “Nəml” (Qarışqa) adlandırılmışdır. Bəzi rəvayətlərdə bu surə üçün “Süleyman” və “Ta, sin” adları da qeyd olunmuşdur.

“Bismillahir-Rəhmanir-Rəhim” cümləsi bu surədə iki dəfə qeyd olunmuşdur: surənin başlanğıcında və 30-cu ayəsində – həzrət Süleymanın (ə) Səba mələkəsinə yazdığı məktubun əvvəlində.

Məkkədə yaşayan azsaylı möminlərə təsəlli vermək, inadkar müşriklərə isə xəbərdarlıq etmək və onların keçmiş zalımların tarixinə nəzər yetirməklə ayılmaqları məqsədilə, surədə həzrət Musa, Davud, Süleyman, Saleh və Lut kimi beş böyük peyğəmbərin öz dövrünün azğınları ilə mübarizələrindən bəhs olunur. Bu əhvalatların ən genişində həzrət Süleymanın Səba mələkəsi ilə münasibətlərindən, mələkənin Allaha necə iman gətirməsindən danışılır.

Surənin qalan hissəsində hud-hud (şanapipik) kimi quşların, qarışqa kimi həşəratların danışığı, Süleyman qoşununda və sarayında cinlərin hüzuru, nəhayət, Bilqeysin taxtının Yəməndən Şama bir göz qırpımında gətirilməsi bəyan olunur.

Surə müjdə ilə başlayıb təhdidlə sona yetir; surənin əvvəlində Qurani-Kərimin namaz qılıb zəkat verən və axirətə möhkəm inanan möminlərə rəhbər və müjdə olduğundan söz açılır. Sonunda isə doğru yoldan çıxanlar Allahın əzabı ilə qorxudulur, Məkkə müşrikləri və kafirlərinə xəbərdarlıq edilir ki, Allaha-Taala Öz ayələrini, qüdrət nişanələrini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız və O, sizin etdiyiniz əməllərdən əsla xəbərsiz deyildir! (“Təfsiri-nümunə”, 15-ci cild, səh. 392-393; “Nur təfsiri”, uyğun surənin təfsirində.)

“NƏML” SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

1. Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə belə buyurulur:

وَمَنْ قَرَأَ سُورَةَ طس كَانَ لَهُ مِنَ الْأَجْرِ عَشْرُ حَسَنَاتٍ بِعَدَدِ مَنْ كَذَّبَ مُوسَى، وَسُلَيْمَانَ، وَصَدَّقَهُ، وَصَالِحًا، وَلُوطًا، وَيَخْرُجُ مِنْ قَبْرِهِ وَهُوَ يُنَادِي: لَا إِلَة إِلَّا اللَّهُ.

““Ta, sin” (Nəml) surəsini oxuyana Musa və Suleyman, həmçinin Saleh və Lut peyğəmbərləri təsdiq və təkzib edənlərin sayı qədər on savab əta olunar və qiyamət günü qəbirdən “La ilahə illəllah” (Allahdan başqa məbud yoxdur) nidası ilə baş qaldırar.” (“Məcməül-bəyan”, uyğun surənin təfsirində.)

2. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə belə buyurulur:

من قرأ طواسين الثلاثة في ليلة الجمعة کان من أولياء الله وفي جواره و کنفه و لم يصبه في الدنيا بوس أبدا و اعطي في الاخرة من الجنة حتي يرضي و فوق رضاه...

“Hər kim “Ta, sin”lə başlayan üç surəni (“Şüəra”, “Nəml” və “Qəsəs” surələrini) cümə axşamı tilavət etsə, Allahın dostlarından olar, Onun lütf və mərhəməti sayəsində qərar tutar, dünyada çətinliklə əsla üzləşməz və axirətdə ona razı olduğu qədər və hətta ondan da çox behişt əta olunar...” (“Səvabul-əmal”, “Nurus-səqəleyn”dən nəqlən, 4-cü cild, səh.74; “Təfsiri-nümunə”, 15-ci cild, səh.393.)

Rza Şükürlü (Maide.az)

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.