Yer üzündə olanların hamısını sizin üçün yaradan, sonra isə səmaya (onun yaradılışına) başlayan, beləliklə, onları (hikmətə uyğun və yaradılışında heç bir nöqsan olmadan) yeddi səma halında nizama salan Odur. O, hər şeyi biləndir. ("Bəqərə" surəsi 29)

Hәzrәt Zәhrа (s.ә) buyurub : «“Pеyğәmbәr (s), Әliyə (ә) bахıb buyurdu: Bu şәхs vә оnun şiәlәri cәnnәt әhlidirlәr.»




QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “NUR” SURƏSİ

Tarix : 19-02-2017 09:00

Mədinədə nazil olmuş “Nur” surəsi 64 ayədən ibarətdir və Qurani-Kərimin 24-cü surəsidir. Surənin “Nur” adlandırılmasının səbəbi budur ki, onun 35-ci ayəsində Allah göylərin və yerin nuru kimi tanıtdırılır. Həmin ayədə buyurulur:

اللَّهُ نُورُ السَّمَاوَاتِ وَالْأَرْضِ مَثَلُ نُورِهِ كَمِشْكَاةٍ فِيهَا مِصْبَاحٌ الْمِصْبَاحُ فِي زُجَاجَةٍ الزُّجَاجَةُ كَأَنَّهَا كَوْكَبٌ دُرِّيٌّ يُوقَدُ مِن شَجَرَةٍ مُّبَارَكَةٍ زَيْتُونِةٍ لَّا شَرْقِيَّةٍ وَلَا غَرْبِيَّةٍ يَكَادُ زَيْتُهَا يُضِيءُ وَلَوْ لَمْ تَمْسَسْهُ نَارٌ نُّورٌ عَلَى نُورٍ يَهْدِي اللَّهُ لِنُورِهِ مَن يَشَاء وَيَضْرِبُ اللَّهُ الْأَمْثَالَ لِلنَّاسِ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

“Allah göylərin və yerin nurudur (onları nurlandıran, onların əhalisini doğru yola yönəldən və onların işlərini idarə edəndir). Onun nuru içində işıqlı çıraq olan çıraqqabı (qəndil) kimidir. Həmin çıraq şüşənin içindədir və o şüşə ulduz kimi parlaq və nurludur. O çıraq (məkan baxımından) nə (günəşin əsr çağı saçdığı) şərqə, nə də (sübh çağı saçdığı) qərbə məxsus olmayan (əksinə günəşin həmişə saçdığı bir məkanda olan) bərəkətli zeytun ağacından (onun yağı ilə) yanır. Onun yağı hətta ona od toxunmasa belə, (saflıq və şəffaflıqdan) az qalır parlasın. (Yağın, çırağın, şüşənin və qəndilin nuru) bir-birinin üstünə yığılmış nurlardır (yəni Allahın nur olması təsəvvür olunmaz dərəcədə yüksəkdir). Allah istədiyini (xüsusi hidayət ilə) Öz nuruna tərəf yönəldir. Allah insanlara misallar çəkir. Allah hər bir şeyi biləndir.”

Allahın nuru dedikdə, şübhəsiz, Onun zatı nəzərdə tutulmur və o, dərkolunmazdır. Çox güman ki, bu nur Onun iradəsinin təzahürüdür. Çünki növbəti ayədə ona müəyyən cəhət verərək belə buyurur:

فِی بُیوتٍ أَذِنَ اللَّهُ أَنْ تُرْفَعَ وَیذْكَرَ فِیهَا اسْمُهُ یسَبِّحُ لَهُ فِیهَا بِالْغُدُوِّ وَالْآصَالِ

“(Bu ilahi nur) Allahın ucaldılmasına və orada Öz adının çəkilməsinə icazə verdiyi evlər (məscidlər və məsumların məqbərələrin)dədir. Həmin evlərdə səhərlər və axşamlar Onu pak sifətlərlə mədh edərlər.” (“Nur” surəsi, ayə 36.)

Allah-Taalanın nuru haqda təfsir alimləri bir sıra mülahizələr yürütmüşlər:

1. Allahın nuru möminin qəlbinə saçan və onun vücudunu tamamilə işıqlandıran “ilahi hidayət”dir. Sanki möminin qəlbi də işıqlı çıraqdır. Həmçinin Allahın nuru möminin qəlbində ulduz tək parlayan imandır. Qurani-Kərimdə iman “nur”, küfr isə “zülmət” adlandırılır:

كِتَابٌ أَنْزَلْنَاهُ إِلَیكَ لِتُخْرِجَ النَّاسَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ بِإِذْنِ رَبِّهِمْ إِلَى صِرَاطِ الْعَزِیزِ الْحَمِیدِ

“(Bu Quran) insanları onların Rəbbinin izni ilə zülmətlərdən (əqidə, əxlaq və əməl əyriliklərindən) nura (ilahi hidayətə) tərəf çıxarmağın və O qüdrət və mədh olunmuş xislətlər sahibi olan (Allah)ın yoluna istiqamətləndirməyin üçün sənə nazil etdiyimiz bir kitabdır.” (“İbrahim” surəsi, ayə 1.)

2. Allah-Taalanın nuru “Qurani-Kərim”dir:

... قَدْ جَاءَكُمْ مِنَ اللَّهِ نُورٌ وَكِتَابٌ مُبِینٌ

“…Həqiqətən, Allah tərəfindən sizə bir nur və (özü) aydın (olan) və aydınlıq gətirən bir kitab gəlib.” (“Maidə” surəsi, ayə 15.)

3. İslam Peyğəmbəri (s) Allahın nurudur. Belə ki, o həzrət hidayət və tövsiyələri ilə çıraq tək parlayır. Odur ki, Qurani-Kərimdə o həzrət “siracən munir” (nurlu bir çıraq) adlandırılır. (“Əhzab” surəsi, ayə 46.)

4. Allah-Taalanın elm və maarif bəxş etdiyi insanın sinəsi çıraqdan, qəlbi qəndil (şüşə), mərifəti parıltı və mübarək zeytun ağacı da mələklərin ilhamlarından ibarətdir. Mələklərin “mübarək ağac”a bənzədilməsinin səbəbi onların ağac kimi böyük faydalara malik olmaları, nə şərqdə, nə də qərbdə olmamaları isə “mücərrəd” və metafizik varlıqları ilə əlaqədardır. (“Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani, 35-ci məsəl.)

Bir sözlə, “nur” həm özü işıqlıdır, həm başqa əşyaların işıqlanma səbəbidir və İslam leksikonunda Quran, hədis, elm, əql, iman, ilahi hidayət, İslam dini, Peyğəmbər (s) və məsum imamlar (ə) “nur” adlandırılmışdır.

“Nur” surəsini, həqiqətdə, cinsi pozğunluqlarla mübarizə, iffət və ismət surəsidir. Çünki onun göstərişlərinin əsas hissəsi cəmiyyətin müxtəlif yollarla cinsi aludəliklərindən paklanması mövzusuna aiddir. Elə bu səbəbdən, bütün möminlərə, xüsusi ilə də qadınlara iffət və paklığın qorunması çox tapşırıldığından rəvayətlərdə bu surəni öyrənmək və tilavət etmək qadınlara çox tövsiyə olunur.

Surədə zinakar kişi və qadınların, pak qadınlara böhtan atanların cəzalandırılması, eləcə də qadına zina isnad edənin dörd şahid gətirməsi, əgər şahidlərin sayı dörddən az olarsa, onların özünün cəzalandırılması, qadınların iffətli və namuslu olması, naməhrəmə göz yummaq və azğınlığın qarşısının alınması üçün paklığa riayət mövzuları yer tapır.

Bu məsələlərlə yanaşı, bəzi ayələrdə iman, saleh əməllər, Peyğəmbərin (s) göstərişlərinə təslim olmaq və əməlisaleh möminlərin cahanşümul hakimiyyətindən söz açılır. (“Nur təfsiri”, Ustad Möhsin Qəraəti, 8-ci cild, “Nur” surəsinin təfsiri; “Təfsiri-nümunə”, 14-cü cild, səh.353-355.)

Surənin 31-ci ayəsində mömin qadınlarının örtünməsi və hicablı olmasından danışılır və buyurulur:

وَقُل لِّلْمُؤْمِنَاتِ يَغْضُضْنَ مِنْ أَبْصَارِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنْهَا وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَى جُيُوبِهِنَّ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا لِبُعُولَتِهِنَّ أَوْ آبَائِهِنَّ أَوْ آبَاء بُعُولَتِهِنَّ أَوْ أَبْنَائِهِنَّ أَوْ أَبْنَاء بُعُولَتِهِنَّ أَوْ إِخْوَانِهِنَّ أَوْ بَنِي إِخْوَانِهِنَّ أَوْ بَنِي أَخَوَاتِهِنَّ أَوْ نِسَائِهِنَّ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُنَّ أَوِ التَّابِعِينَ غَيْرِ أُوْلِي الْإِرْبَةِ مِنَ الرِّجَالِ أَوِ الطِّفْلِ الَّذِينَ لَمْ يَظْهَرُوا عَلَى عَوْرَاتِ النِّسَاء وَلَا يَضْرِبْنَ بِأَرْجُلِهِنَّ لِيُعْلَمَ مَا يُخْفِينَ مِن زِينَتِهِنَّ وَتُوبُوا إِلَى اللَّهِ جَمِيعًا أَيُّهَا الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ

Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar. Gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar və zinət (və zinət yer)lərini ərlərindən, atalarından, qayınatalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, özlərindən olan (müsəlman) qadınlardan, kənizlərindən, şəhvəti olmayan qulluqçu kişilərdən və qadınlarla yaxınlıq qüdrəti olmayan uşaqlardan başqa heç kəsə göstərməsinlər. (Ayağına xalxal taxmış qadınlar) gizlətdikləri zinətlərin bilinməsi üçün ayaqlarını yerə (bərk) vurmasınlar. Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız.”

Surənin 55-ci ayəsində axır zamanda imam Zamanın (ə) və tərəfdarlarının yer üzünə varis olması və cahanşümul hakimiyyətindən söz açılır və buyurulur:

وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُم فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا وَمَن كَفَرَ بَعْدَ ذَلِكَ فَأُوْلَئِكَ هُمُ الْفَاسِقُونَ

“Allah sizdən (müsəlmanlardan) iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, onları mütləq özlərindən əvvəlkiləri (Nuhun, Hudun, Salehin və Yunusun qövmlərinin möminlərini) canişin etdiyi kimi yer üzündə (Öz) canişin(i) və varisi edəcək, onlar üçün bəyəndiyi dini (İslam dinini) mütləq, onlar üçün bərqərar edərək möhkəmləndirəcək və onların halını, şübhəsiz, qorxu və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz edəcəkdir. Belə ki, yalnız Mənə ibadət etsinlər və heç nəyi Mənə şərik qoşmasınlar. Kim bundan (bu böyük nemətdən) sonra küfr və nankorluq etsə, belələri doğrudan da itaətsizdirlər.”

Şiə və sünnü mənbələrindən nəql olunan hədislərdə bu ayənin imam Zamana (ə) və şiələrinə aid olduğu haqda məlumat verilir. Misal üçün, imam Səccadın (ə) bu ayənin təfsiri ilə bağlı belə buyurduğu nəql olunur:

هُمْ وَاللهِ شِيعَتُنا اَهْلَ الْبَيْتِ يُفْعَلُ ذالِكَ بِهِمْ عَلَى يَدِ رَجُلٍ مِنّا وَهُوَ مَهْدِىٌّ هذِهِ الاُمَّةِ وَهُوَ الَّذى قالَ رَسُولُ اللهِ (ص) فِيهِ لَوْ لَمْ يَبْقَ مِنَ الدُّنْيا اِلاّ يَوْمٌ لَطَوَّلَ اللهُ تَعالى ذالِكَ الْيَوْمََ حَتّى يَلِىَ رَجُلٌ مِنْ عِتْرَتِى اِسْمُهُ اِسْمِى يَمْلَاُ الاَرْضَ عَدْلاً ًوَ قِسْطاً كَما مُلِئَتْ ظُلْماً وَجَوْراً

Allaha and olsun! Onlar bizim şiələrimizdir. Allah-Taala bunu bizdən olan bir şəxsin vasitəsilə həyata keçirəcək. O, bu ümmətin Mehdisidir. Allahın Peyğəmbəri (s) onun haqqında belə buyurmuşdur: “Əgər dünyanın qurtarmasına bir gün qalmış olsa belə, Allah-Taala həmin günü Əhli-beytimdən olan, adı mənim adımla eyni olan bir şəxsi yer üzünə hakim edəcəyi vaxta qədər uzadar. O, yer üzünü zülm haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaqdır.” (“Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah Məkarim Şirazi, səh.305-308.)

“NUR” SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

Peyğəmbəri-Əkrəm (s) buyurur:

وَمَنْ قَرَأَ سُورَةَ النُّورِ أُعطِى مِنَ الْأَجْرِ عَشْرُ حَسَنَاتٍ بِعَدَدِ كُلِّ وَمُؤْمِنَةٍ و مُؤْمِنٍ فيما مضى وفيما بقى

Nur surəsini oxuyan (və onun göstərişlərinə əməl edən) kəsə keçmiş və gələcəkdəki mömin və möminələrin sayı qədər on savab verilər.”

İmam Sadiq (ə) buyurur:

حصنوا أموالكم وفروجكم بتلاوة سورة النور، وحصنوا بها نسائكم، فان من أدمن قرائتها في كل يوم أو في كل ليلة لم يزن أحد من أهل بيته أبدا حتى يموت

“Nur surəsini tilavət etməklə malınızı tələf olmaqdan və ətəyinizi iffətsizlikdən qoruyun, (onun göstərişləri sayəsində) qadınlarınızı azğınlıqlardan amanda saxlayın ki, hər kim bu surəni gecə-gündüz oxumağa davam edərsə, ailəsindən heç kim ömrünün sonuna qədər iffətsiz əmələ düçar olmaz.” (“Nurus-səqəleyn”, 3-cü cild, səh.568; “Təfsiri-nümunə”, 14-cü cild, səh.353.)

Rza Şükürlü (Maide.az)

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
06:10
07:35
12:27
17:34
23:45
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

23-11-2017 20:22