Elə ki, onlara Allah tərəfindən əllərində olanı (Tövratı) təsdiq edən bir kitab (Quran) gəldi, onlar bundan əvvəl həmişə özlərinin (həmin kitabı gətirəcək peyğəmbər vasitəsi ilə) kafirlər üzərində qələbələrindən xəbər verdikləri halda (bütün bunlara baxmayaraq), bildikləri şey onlara gələn zaman ona küfr etdilər. Odur ki, Allahın lənəti olsun kafirlərə! (Bəqərə, 89)

Allahın Rəsulu (s) həzrəti Fatimə (s)-ya buyurub: «Hüseynin müsibətində ağlayan gözlərdən başqa bütün gözlər qiyamət günü ağlayacaq, (Hüseynə ağlayan şəxslər isə qiyamət günü behişt nemətlərindən bəhrələnərək) gülərüz və şad olacaqlar.»



QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “SAFFAT” SURƏSİ

Tarix : 20-07-2018 21:15

Qurani-Kərimin 37-ci surəsində yer alan “Saffat” surəsi 182 ayədən ibarətdir və Məkkə şəhərində nazil olmuşdur. Elə buna görə də, bu surə Məkkədə nazil olmuş surələrin xüsusiyyətini daşıyır; “tövhid” və “məad” bəhslərinə daha çox önəm verilir, eyni zamanda, müşriklər şiddətlə, qəti və qısa təbirlərlə məzəmmət olunur, aydın dəlillərlə onların əqidələri alt-üst edilir. Ümumiyyətlə, “Saffat” surəsinin möhtəvasını beş hissədə xülasə etmək olar:

1. Surənin birinci hissəsində bir qrup ilahi mələklərdən, onların müqabilində dayanan bir qrup şeytanlardan və onların taleyindən söz açılır. 1-3-cü ayələrdə “sаffаt”, “zаcirаt”, “tаliyаt”а аnd içilir vә bildirilir ki, hәqiqәtәn dә, Аllаh birdir. Әslindә, bu аndla müşriklәrin bаtil әqidәlәri, çохsаylı bütlәri və tаnrılаrı rәdd еdilir. “Sаffаt” sәf çәkmişlәr və səf-səf duranlar, “zаcirаt” qаdаğаn еdәnlәr, “tаliyаt” isә охuyаnlаr mәnаsını bildirir. Tәfsirçilәr bu üç kәlmәni müхtәlif şәkildә mәnаlаndırsalar da, dаhа çох еhtimаl оlunur ki, bu üç dәstә vәhy gәtirmәk әmri аlmış mәlәklәrdәn ibаrәtdir. Bu mәlәklәr gәtirdiklәri vәhyi Allahın itaətindən çıxmış şеytаnların müdахilәlәrindәn qоrumuş, pеyğәmbәrlәrә, хüsusi ilә dә İslаm Pеyğәmbәrinə (s) çаtdırmışlаr. Bu bəhsə 1-10-cu ayələrdə yer verilir.

2. İkinci hissə kafirlərdən, onların nübüvvət və məadı inkar etmələrindən, qiyamətdə onların halı və aqibətindən, onların qiyamət günü bir-birilə höcətləşib günahı bir-birinin boynuna atmalarından, onların hamılıqla ilahi əzaba mübtəla olmasından söz açılır və behiştin nemətləri, ləzzətləri, gözəllikləri və behişt əhlinin səadət və xoşəbəxtliyi şərh olunur. Bu bəhs 11-ci ayədən başlayaraq 74-cü ayəyə qədər davam edir.

3. Bu hissədə Nuh, İbrahim, İshaq, Musa, Harun, İlyas, Lut və Yunis kimi peyğəmbərlərin tarixi qısa şəkildə qələmə alınır. Əlbəttə, bütsındıran qəhrəman – İbrahim peyğəmbərin sərgüzəşti, onun həyatının müxtəlif yönləri daha geniş şəkildə bəyan olunur. 75-148-ci ayələr bu peyğəmbərlərin sərgüzəştinə həsr edilir.

4. Dördüncü hissədə şirkin ən pis növündən danışılır; yəni Allah-Taala ilə cinlər və mələklər arasında qohumluq əlaqlərinin olmasına etiqaddan danışılır və qısa ibarələrlə bu puç əqidə rədd edilir. Bu hissə də 149-cu ayədən başlayır və 170-ci ayədə sona yetir.

5. Nəhayət, bir neçə qısa ayədən ibarət son hissədə haqq ordusunun küfr, şirk və nifaq ordusuna qələbəsindən, batil ordunun ilahi əzaba mübtəla olmasından, yenilməz qüdrət sahibi olan Allahın nalayiq nisbətlərdən, müşriklərin Ona aid etdikləri sifətlərdən tamamilə uzaq olmasından söz açılır və surə Allaha həmd və sitayişlə sona yetir. (“Təfsiri-nümunə”, 19-cu cild, səh.3-5.)

Qeyd etməliyik ki, sözügedən surənin ilk ayəsində “saffat” sözü işləndiyindən, surə “Saffat” adlandırılmışdır.

“SAFFAT” SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

1. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

مَنْ قَرَاَ سُورَة وَ الصَّافَاتِ اُعْطِىَ مِنَ الاجْرِ عَشْرُ حَسَنات، بِعَدَدِ کُلِّ جِنٍّ وَ شَیْطان و تَباعَدَتْ عَنْهُ مَرَدَهُ الشَّیاطِینِ وَ بَرَءَ مِنْ الشِّرْکِ وَ شَهِدَ لَهُ حافِظاهُ یَوْمَ الْقِیامَهِ اِنَّهُ کانَ مُوْمِناً بِالْمُرْسَلِینَ؛

“Hər kim “Saffat” surəsini oxusa, bütün cin və şeytanların sayı müqabilində ona on savab əta olunar, Allahın dərgahından qovulmuş şeytanlar ondan uzaqlaşar və o, şirkdən paklanar, onu qorumaq üçün məmur olunmuş iki mələk qiyamət günü onun ilahi elçilərə iman gətirdiyinə şahidlik edər.”

2. İmam Sadiq (ə) buyurmuşdur:

مَنْ قَرَاَ سُورَة الصَّافَّاتِ فِی کُلِّ یَوْمِ جُمُعَه لَمْ یَزَلْ مَحْفُوظاً مِنْ کُلِّ آفَه مَدْفُوعاً عَنْهُ کُلُّ بَلِیَّه فِی حَیاتِهِ الدُّنْیَا، مَرْزُوقاً فِی الدُّنْیَا بِاَوْسَعِ مَا یَکُونُ مِنَ الرِّزْقِ وَ لَمْ یُصِبْهُ اللّهُ فِی مَالِهِ وَ لا وُلْدِهِ وَ لا بَدَنِهِ بِسُوء مِنْ شَیْطَان رَجِیم وَ لا جَبَّار عَنِید وَ اِنْ مَاتَ فِی یَوْمِهِ اَوْ لَیْلَتِهِ بَعَثَهُ اللّهُ شَهِیداً وَ اَمَاتَهُ شَهِیداً وَ اَدْخَلَهُ الْجَنَّهَ مَعَ الشُّهَدَاءِ فِی دَرَجَه مِنَ الْجَنَّهِ؛

“Hər kim “Saffat” surəsini hər cümə günü oxuyarsa, bütün bəlalardan amanda qalar, dünya həyatında bütün bəlalar ondan uzaqlaşdırılar, Allah-Taala ən geniş ruzini onun ixtiyarında qoyar, onun malını, övladlarını və bədənini qovulmuş və itaətdən çıxmış şeytanın ziyanlarına giriftar etməz və əgər (surəni tilavət etdiyi) həmin gecə və yaxud həmin gün dünyadan köçərsə, Allah-Taala onu (qiyamət günü) şəhid kimi məhşur edər, şəhid kimi öldürər və onu behiştdə şəhidlərlə eyni dərəcədə qərar verər.” (“Məcməul-bəyan”, “Saffat” surəsinin başlanğıcı; “Təfsiri-nümunə”, 19-cu cild, səh.5)

Rza Şükürlü (Maide.az)

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
04:23
05:53
12:45
19:51
00:00
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

17-08-2018 18:38