Bəqərə, 64. Həmin vaxt, ondan sonra siz (öz əhd-peymanınızdan və deyilənləri qəbul etməkdən) üz döndərdiniz. Əgər Allahın sizə lütf və mərhəməti olmasaydı (sizə tövbə etməyi nəsib etməsəydi), mütləq zərər çəkənlərdən olardınız.

Həzrət Əli (ə) buyurur:
“Kömək etdiyin kimi kömək görərsən.”



QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “YASİN” SURƏSİ

-- “YASİN” SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

Tarix : 17-07-2018 13:50

Qurani-Kərimin qəlbi adlanan “Yasin” surəsi 83 ayədən ibarətdir və Məkkə şəhərində nazil olmuşdur. Elə buna görə də, bu surənin möhtəvası Məkkədə nazil olmuş digər surələrin möhtəvası ilə eynilik təşkil edir; yəni tövhid, məad, vəhy, Quran, xəbərdarlıq və müjdələrdən bəhs edir, eyni zamanda bir sıra qiymətli elmi fikirlər də irəli sürür, 38-40-cı ayələrdə Günəşin, Ayın və digər göy cisimlərinin hərəkətinə dair dəyərli fikirlər bildirilir ki, alimlər onları neçə əsrlər keçdikdən sonra əldə edə bilmişlər. Ümumiyyətlə, “Yasin” surəsini dörd mühüm hissəyə bölmək olar:

1. Surənin ilk hissəsi İslam Peyğəmbərinin (s) nübüvvətinə, Qurani-Kərimə, bu səmavi kitabın nazilolma hədəfinə və ona iman gətirənlərə həsr edilir. Bu hissə “Yasin” surəsinin əvvəlindən başlayır və 11-ci ayəyədək davam edir.

2. İkinci hissədə ilahi peyğəmbərlərin üçünün nübüvvəti, onların camaatı tövhidə, yeganəpərəstliyə dəvət etməsi və müşriklərlə yorulmaz mübarizələrindən söz açılır ki, bu da həqiqətdə, İslam Peyğəmbərinə (s) öz böyük missiyasını yerinə yetirməkdə bir növ təsəllidir.

3. 33-cü ayədən başlayıb 44-cü ayəyə qədər davam edən bu hissə tövhidlə bağlı məsələlər və Allah-Taalanın varlıq aləmindəki əzəmətli nişanələrilə zəngindir. Surənin sonund bu məsələlər yenidən xatırlanır.

4. Son hissədə məadla bağlı məsələlər, ölüb-dirilməyi sübut edən müxtəlif dəlil-sübutlar, qiyamət gününün sorğu-sualı, dünyanın axırı, cənnət, cəhənnəm və bu mövzuya dair bir çox mühüm və dəqiq nöqtələrdən söz açılır.

Bu dörd hissədə qafil və yatmış insanların oyanışı üçün qəlblərə nüfuz edəcək təsirli ayələr vardır.

Bir sözlə, bu surədə insan xilqət, qiyamət, həyat, ölüm, xəbərdarlıq və müjdələrdən ibarət müxtəlif səhnələrlə üzləşir ki, bu da ümumilikdə, ruhu ayıldan və ona şəfa bəxş edən bir nüsxədir.

Sözügedən surə Qurani-Kərimin digər 28 surəsi kimi, “müqəttəə” hərfləri ilə, yəni “Ya, sin” ifadəsi ilə başlayır. “Ya, sin”lə bağlı müxtəlif təfsirlər irəli sürülsə də, bir çox rәvаyәtlәrә görә, “Yа, sin” İslаm Pеyğәmbәrinin (s) аdlаrındаn biridir və surənin 3-cü və 4-cü ayələri buna dəlil-sübut olaraq göstərilir. Surәnin 1-4-cü ayələrində belə buyurulur:

يس. وَالْقُرْآنِ الْحَكِيمِ. إِنَّكَ لَمِنَ الْمُرْسَلِينَ. عَلَى صِرَاطٍ مُّسْتَقِيمٍ

, sin! (Еy Muhәmmәd!) Аnd оlsun hikmәtli Qurаnа! Hәqiqәtәn dә, sәn pеyğәmbәrlәrdәnsәn. Dоğru yоldаsаn.

“YASİN” SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

1. Rəvayətlərə əsasən, “Yasin” surəsi Qurani-Kərimin ən mühüm surələrindən biridir və hədislərdə “Quranın qəlbi” adlandırılmışdır. Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə belə buyurulur:

إنَّ لِکُلِّ شَیء قَلباً وَإنَّ قَلبَ القُرآنِ یـس

“Hər şeyin qəlbi vardır, Quranın qəlbi də “Yasin” surəsidir.” (“Məcməul-bəyan”, “Yasin” surəsinin başlanğıcı.)

2. İmam Sadiq (ə) buyurur:

مَن قَرَأَها قَبلَ أن یَنامَ أو فی نَهارِهِ قَبلَ أن یُمسِىَ کانَ فی نَهارِهِ مِنَ المَحفوظینَ وَالمَرزوقینَ حَتّى یُمسِىَ وَمَن قَرَأَها فی لَیلِهِ قَبلَ أن یَنامَ وَکَّلَ اللّهُ بِهِ مِائَةَ ألفِ مَلَک یَحفَظونَهُ مِن کُلِّ شَیطان رَجیم وَمِن کُلِّ آفَة

“Hər kim “Yasin” surəsini gündüz gun batmazdan öncə oxuyarsa, gün ərzində amanda qalanlar və ruzili olanlar zümrəsindən olar; hər kim onu gecə yatmazdan qabaq oxuyarsa, Allah-Taala onun üçün onu qovulmuş şeytanlardan və bütün bəlalardan qoruyan min gözətçi mələk məmur edər.” (“Vəsailuş-şiə”, 4-cü cild, səh.886, bölüm 48; “Təfsiri-nümunə”, 18-ci cild, səh.307-311.)

Rza Şükürlü (Maide.az)



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
04:21
05:51
12:45
19:54
00:00
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

15-08-2018 23:27