Yaxud (onların hekayəti) səmadan yağan və qaranlıqlar, göy gurultusu və şimşəyi olan doluya (düşmüş şəxslərin hekayətinə) bənzəyir. Onlar ölümdən qaçmaq üçün ildırımın şiddətindən barmaqlarını qulaqlarına tıxayarlar. Allah bütün kafirləri (elm və qüdrət baxımından) əhatə etmişdir.
("Bəqərə" surəsi 19)

İmam Sadiq (ə) buyurur:
“Qardaşına quyu qazan özü düşər.”



QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “ZUMƏR” SURƏSİ

Tarix : 13-09-2018 16:25

Qurani-Kərimin 39-cu surəsində yer alan “Zumər” surəsi 75 ayədən ibarətdir və Məkkə şəhərində nazil olmuşdur.

“Zümrә” sözünün cәm fоrmаsı olan “Zumәr” sözü zümrələr, dәstәlәr, qruplаr mәnаsının dаşıyır. “Dәstә-dәstә” mәnаsını vеrәn “zumәr” kәlmәsi Qurаndа cәmi iki dәfә – “Zumәr” surәsinin 71-ci və 73-cü аyәlәrindә işlәdilmişdir. Hәmin iki аyәdә kаfirlәrin dәstә-dәstә cәhәnnәmә qоvulmаsındаn, təqvalıların isә dәstә-dәstә bеhiştә yollanmasındаn dаnışılır:

وَسِيقَ الَّذِينَ كَفَرُوا إِلَى جَهَنَّمَ زُمَرًا حَتَّى إِذَا جَاؤُوهَا فُتِحَتْ أَبْوَابُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا أَلَمْ يَأْتِكُمْ رُسُلٌ مِّنكُمْ يَتْلُونَ عَلَيْكُمْ آيَاتِ رَبِّكُمْ وَيُنذِرُونَكُمْ لِقَاء يَوْمِكُمْ هَذَا قَالُوا بَلَى وَلَكِنْ حَقَّتْ كَلِمَةُ الْعَذَابِ عَلَى الْكَافِرِينَ. قِيلَ ادْخُلُوا أَبْوَابَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا فَبِئْسَ مَثْوَى الْمُتَكَبِّرِينَ. وَسِيقَ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ إِلَى الْجَنَّةِ زُمَرًا حَتَّى إِذَا جَاؤُوهَا وَفُتِحَتْ أَبْوَابُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا سَلَامٌ عَلَيْكُمْ طِبْتُمْ فَادْخُلُوهَا خَالِدِينَ

Kafirlər dəstə-dəstə cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və cəhənnəm gözətçiləri onlara deyəcəklər: “Məgər sizə öz içərinizdən Rəbbinizin ayələrini oxuyan, sizi bu gününüzə qovuşacağınızla qorxudan peyğəmbərlər gəlməmişdi?” Onlar isə: “Bəli (gəlmişdi), lakin əzab sözü (əzab hökmü biz) kafirlər barəsində vacib oldu!” – deyə cavab verəcəklər. (Onlara) belə deyiləcək: “Girin cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!” Təkəbbür göstərənlərin məskəni necə də pisdir! Rəbbindən qorxanlar da dəstə-dəstə cənnətə gətiriləcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və gözətçilər (onlara): “Sizə salam olsun! Xoş gəldiniz! Əbədi qalacağınız cənnətə daxil olun!” – deyəcəklər.”

“ZUMƏR” SURƏSİNİN MÖHTƏVASI

Bu surənin möhtəvası bir neçə mühüm hissədən ibarətdir:

1. Surədə daha çox “tövhid” və yeganəpərəstliyə dəvətdən söz açılır, Allaha ibadət və bəndəçilikdə xalislik müxtəlif ayələrdə xüsusi vurğulanır.

2. Bu surənin başlanğıcından sonuna qədər diqqətdə saxlanılan digər mühüm məsələ məad və qiyamət mövzusudur. Bu hissədə Allahın böyük ədalət məhkəməsi, savab-cəza, behişt bağları, cəhənnəm səhnəsi, qiyamət gününün vəhşəti, əməllərin aşkarlanması, eləcə də, yalançıların və Allaha iftira yaxanların üzünün qaralması, kafirlərin cəhənnəmə sürüklənməsi, əzab mələklərinin onlarla rəftarı, behişt əhlinin behiştə daxil olması, rəhmət mələklərinin onlara salam və təbrik deməsi təsvir olunur.

3. Surənin az hissəsini təşkil edən, eyni zamanda qəlblərə və canlara güclü təsir bağışlayan növbəti məsələ Qurani-Kərimin əhəmiyyəti haqqındadır.

4. Bu hissədə keçmiş qövmlərin taleyi və haqq ayələri təkzib edənlərin ağır ilahi cəzalara mübtəla olmasından söz açılır. Surədə bu hissəyə də az yer verilir.

5. Surədə tövbə məsələsi, Allaha qayıdış qapılarının açıq olmasından da söz açılır. Tövbə və ilahi rəhmətlə bağlı təsiredici ayələr bu surədə qərar tapmışdır. (“Təfsiri-nümunə”, 19-cu cild, səh.358-361.)

ZUMƏR” SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

1. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

مَنْ قَرَاَ سُورَهَ الزُّمَرِ لَمْ یَقْطَعِ اللَّهُ رَجَاهُ وَ اَعْطَاهُ ثَوَابَ الْخَائِفِینَ الَّذِینَ خَافُوا الله تعالى

“Zumər surəsini oxuyanın Allah-Taala ümidini üzməz və ona Allah-Taaladan qorxanların savabını əta edər.”

2. İmam Sadiq (ə) buyurmuşdur:

مَنْ قَرَاَ سُورَهَ الزُّمَرِ اَعْطاهُ اللّهُ مِنْ شَرَفِ الدُّنْیا وَ الْآخِرَهِ وَ اَعَزَّهُ بِلامال وَ لاعَشِیْرَه، حَتّى یَهابَهُ مَنْ یَراهُ وَ حَرَّمَ جَسَدَهُ عَلَى النّارِ

“Zumər surəsini tilavət edənə Allah-Taala dünya və axirət şərəfi əta edər, mal və tayfası olmadan qüdrət və izzət bəxş edər; belə ki, onun zəhmi-heybəti görənləri bürüyər və onun bədənini cəhənnəm oduna haram edər.” (“Məcməul-bəyan”, “Zumər” surəsinin başlanğıcı; “Təfsiri-nümunə”, 19-cu cild, səh.362.)

Rza Şükürlü (Maide.az)



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:09
06:29
12:32
18:49
23:53
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

24-09-2018 20:01