(Siz müsəlmanlar) onların (yəhudilərin) sizə (sizin dininizə) iman gətirmələrinə göz dikirsiniz, halbuki, onların bir dəstəsi (onların alimlərinin bəziləri, tarix boyu) Allahın kəlamını eşidir, lakin barəsində düşünüb başa düşdükdən sonra (öz dünyəvi məqsədlərinə görə) onu bilərəkdən (işlərinin çirkinliyini bilə-bilə) təhrif edirdilər. (Bəqərə, 75)

Həzrət Əli (ə) buyurur:
“Nadanlığın sübutu üçün insanın özündən razı olmağı yetər.”



Quran və Ziyalı

Tarih : 05-09-2014 18:39

Bismillahir-rəhmanir-rəhim

Dəyər və sayğı ilə yüklənmiş ziyalı sözünü eşidərkən ,çox vaxt göz önündə ali təhsilli, klassik tərzdə səliqəli geyinmiş, hardasa cəmiyyətin hər təbəqəsinə qaynayıb-qarışmayan, xüsusi jestlə davranan insan canlanır.İlahi ədəbiyyata əsasən sadəcə bu görüntüləri yaratmaqla kifayətlənən insan, bir ömür bu dəyərli sözü daşımağa layiqdirmi? Məncə yox, elə isə Qurana əsaslanaq.

Ziya kəlməsi, ərəb sözü olaraq nur, ziyalı isə nurlu və nur saçan anlamındadır.  Sözügedən kəlmə Qurani-Kərimdə Tanrı tərəfindən iki ünvana nisbət verilib.

Birinci Günəş:Mütəal Allah Yunis surəsinin 5 -ci ayəsində belə buyurmuşdur:

هُوَ الَّذي جَعَلَ الشَّمْسَ ضِياءً وَ الْقَمَرَ نُوراً 

O Allah Günəşi  işıqlı (aydın) və ayı nurlu edəndir.

 

İkinci Musa və Harun:Ənbiya surəsinin 48-ci ayəsində Rəbbimiz buyurmuşdur:

 وَلَقَدْ آتَیْنَا مُوسَى وَهَارُونَ الْفُرْقَانَ وَضِیاءً وَذِکْرًا لِّلْمُتَّقِینَ 

Həqiqətən biz Musa və Haruna haqqı batildən ayırmaq vasitəsi, aydınlıq və təqvalılar üçün öyüd-nəsihət verdik.

Mütəal Allah ziyalı kəlməsin bu iki dəstəyə təsadüfü deyil, üzərlərinə düşən müqəddəs missiyanı doğrultduqlarına görə bəxş edib.  Deməli, Günəş ziyalı olaraq təbiəti,  Musa və Harun isə cəmiyyəti işıqlandırmalı idi.  Günəşin ziyalı borcunu yerinə yetirərək, bütün kainata nur saçıb işıqlandırması, kimsəyə qaranlıq deyil. Musa və Haruna gəldikdə isə, saçdıqları nur nədən ibarətdir?  Qurani-Kərim Bəqərə surəsində bir cavanın qətlə yetirildiyini bəyan edir. Qatil öldürülmüş insanı başqa bir insanın evinin önünə atdığından ev sahibi qətldə təqsirli bilinərək mühakiməyə çəkilir. (cəlb olunur). İş bu yerə gəldikdə Quran Musanın həlledici rolundan danışaraq? onlara xüsusi şəraiti olan inəyin kəsilməsi və ətindən öldürülənin cəsədinə vurmağı əmr edir.  Allahın izni ilə dirilib qatilin kimliyini söyləyir.  Bu yolla baş vermiş cinayətin üstü açılır. Nəticədə bir günahsız insanın  qanının batmaması, başqa bir günahsızın məhkum edilməməsi və həqiqi cinayətkarın isə cəzadan yayınmaması təmin edilir. Sözügedən məsələdə qəhrəmanımız cəmiyyətdə cinayət və cinayətkarı ifşa edən bir ziyalıdır.  Amma  bu ziyalımızın missiyası yalnız bununla bitmir.  Qurani-Kərimin başqa bir ayəsində Musanın  həqiqi Tanrıdan üz döndərərək buzov pərəstişinə yönələn bir cəmiyyəti  daha bir dəfə yanlış düşüncə  və etiqaddan, sağlam və doğru etiqada yönəltdiyi bəyan edilir.  Burada qəhrəmanımız birbaşa insanların düşüncə və etiqadına ziya saçaraq onları xurafatdan ayırmaqdadır.

Yenə də Qurani-Kərim Musa şəxsiyyətini başqa bir səhnədə təqdim edir.Bu dəfə qəhrəmanımız cəmiyyəti kölə vəziyyətinə salmış, “mən sizin uca pərvərdigarınızam” deyən və xalqı özünün və heykəllərinin önündə təzimə sürükləyən bir diktatorla mübarizəyə səsləyir. Artıq burada Musa insanların təfəkkürünə ziya saçır. Budur Qurani-Kərimin təqdim etdiyi ziyalı. Qısası Quranda ziyalı,cinayətin, xorafatın və köləliyin girdabında batmaqda olan cəmiyyətin xilaskarına deyilir.  Amma Quran-i Kərimdə daha bir incə məqam var. Qəsəs surəsinin 71-ci ayəsində daha bir dəfə Uca Yaradan Ziya barəsində danışarkən bu dəfə ziya mənbəsini qeyd etməkdədir.

 مَنْ إِلهٌ غَیْرُ اللّه یَأْتِیکُمْ بِضِیاء أَ فَلاتَسْمَعُونَ

Allahdan başqa hansı tanrı sizə bir işıq (aydınlıq) gətirə bilərdi. Məgər eşitmirsinizmi?!

Sözü gedən ayədə ziya mənbəsi Mütəal Allahın özü olduğu qeyd edilir.

Bu isə dolayısıyla ziya mənbəsi ilə,  yəni Mütəal Allahla rabitədə olmadan ziyalı olmaq düşüncəsinin qeyri-mümkünlüyünü bəyan edir.

İndi siz deyin, Musa timsalında nə qədər ziyalı tanıyırsız?

Şərhlər

Yazarın digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:36
06:56
12:25
18:08
23:45
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.