`Quran və Azərbaycan Ədəbiyyatı` adlı kitab çap olunub 05 Dekabr 2016 02:00 Mədəniyyət Bakıda "Quran və Azərbaycan Ədəbiyyatı (14-ci və 16-ci əsrdə)" adlı kitab nəşr edilib. Maide.Az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası üzvü Mahirə Quliyeva tərəfindən yazılan "Quran və Azərbaycan Ədəbiyyatı (14-ci və 16-ci əsrdə)" adlı kitab İranın Bakıdakı Səfirliyinin Mədəniyyət Attaşeliyinin təşəbbüsü ilə çap olunub. Müəllif, bu kitabın bəzi hissələrində klassik Azərbaycan ədəbiyyatında Qurani-Kərimin bəlağət xüsusiyyətlərini dəyərləndirməkdədir. Bu kitab həmçinin Nizami Gəncəvi, Füzuli və Nəsimi kimi bəzi şairlərin şeirlərindəki Quranı-Kərimin təsirini açıqlayır. Verilən məlumata görə, "Quran və Azərbaycan Ədəbiyyatı (14-ci və 16-ci əsrdə)" kitabı İranın Bakıdakı Səfirliyinin Mədəniyyət Attaşeliyinin təşəbbüsü ilə çap olunub və 304 səhifədir. (iqna) / Teqlər : #`Quran və Azərbaycan Ədəbiyyatı` adlı kitab çap olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Lavaş YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib UNESCO plovu bəşəriyyətin mədəni irsi kimi tanıyıb
Azərbaycan XİN: İşğal olunmuş ərazidəki Azıx mağarasında qanunsuz arxeoloji qazıntı aparan əcnəbilərlə bağlı tədbir görüləcək