Quranda adı keçən meyvələrin sərgi-festivalı keçiriləcək

Quranda adı keçən meyvələrin sərgi-festivalı keçiriləcək

Noyabrın 25-dən  İranın paytaxtı Tehranda Quranda adı keçən meyvələr və qidaların sərgi-festivalı keçiriləcək. Bunu sərgi-festivalının təşkilatçıları keçirdikləri mətbuat konfransında bildirib.
 
Maide.Az xəbər verir ki,  paytaxt Tehranda keçirilən  festivalda İranın  10 əyalətindən iştirakçılar qatılacaq. 
 
Sərgi-festival çərçivəsində 60 pavilyonda Quranda adı keçən  meyvələr və qidalar o cümlədən zeytun,  nar,  əncir, üzüm, xurma,  bal və digər qidalar sərgilənəcək.  
 
Həmin meyvələr və qidalar haqqında, onların sağlamlığa olan faydaları və onların  Quranda adlarının keçməsinin hikməti haqqında insanlara məlumat veriləcək. 
 
Sərgi dekabrın 5-dək davam edəcək. 
 
 
Fotolar ötən il keçirilən sərgi-festivaldandır: 
 
 
 
 

Google+ WhatsApp ok.ru