Quran dinlə - Əgər Allah istəsə

`Kəhf` surəsi, 23-24-cü ayələr
 
23. Və heç bir şey barəsində «mən sabah onu mütləq yerinə yetirəcəyəm» demə (çünki yaradılış səbəbləri, hətta insanın iradə və istəyi, Allahın iradə və istəyindən asılıdır).
 
24 Yalnız (belə de: «Əgər) Allah istəsə (filan işi edəcəyəm»). Və («inşəallah» deməyi) unudanda, öz Rəbbini yada sal və de: «Ümid var ki, Rəbbim məni bundan daha yaxın (bir yol)a – təkamülə və haqqa doğru yönəltsin».

Google+ WhatsApp ok.ru