Quran dinlə - İbadətdə heç kəsi öz Rəbbinə şərik qoşma

`Kəhf` surəsi, ayə 107-110

107. Həqiqətən, iman gətirmiş və yaxşı işlər görmüş kəslərin ilk qəbul yerləri Firdovs bağlarıdır.

108. Onlar orada əbədi olar, heç vaxt oradan (başqa yerə) dəyişilmək istəməzlər.

109. De: «Əgər dəniz mənim Rəbbimin (bütün kainatdan və mövcudlardan ibarət) sözləri(ni yazmaq) üçün mürəkkəb olsa, hətta onun bənzərini (başqa bir dənizi) köməyə gətirsək belə, şübhəsiz, o (dənizlər), Rəbbimin sözləri sona çatmamış qurtarar».

110. De: «Mən də sizin kimi yalnız bir bəşərəm, (lakin) mənə vəhy olunur ki: Şübhəsiz, sizin məbudunuz tək olan məbuddur. Buna görə də kimin öz Rəbbi ilə görüşə ümidi varsa, gərək yaxşı iş görsün və ibadətdə heç kəsi öz Rəbbinə şərik qoşmasın».

Google+ WhatsApp ok.ru