Quran dinlə - Salam olsun sizə!

`Zümər` surəsi, 73-74-cü ayələr

73. Rəbblərindən qorxanlar (isə) dəstə-dəstə cənnətə tərəf aparılarlar. Nəhayət ora çatanda onun qapıları (daxil olmaq üçün onların üzünə) açılar. Onun gözətçiləri onlara deyərlər: «Salam olsun sizə! (Həm cism, həm də ruh baxımından) pak oldunuz. Buna görə də əbədi məskunlaşmaq üçün ora daxil olun!»
 
74. (Cənnət əhli orada məskunlaşdıqdan sonra) deyərlər: «Şükür bizim barəmizdəki vədini gerçəkləşdirən və cənnət yerini irsi olaraq (dini qəbul edəcəkləri təqdirdə bizə şərik olacaq kəslərin payını da) bizə verən Allaha məxsusdur ki, cənnətin istədiyimiz yerində məskən seçirik. Əməl edənlərin mükafatı gözəldir!

Google+ WhatsApp ok.ru