Quran dinlə - Onlar kafirlərin qarşısında güclü və sərt, öz aralarında isə mehribandırlar

`Fəth` surəsi, 28-29-cu ayələr

28. (Məntiq və dəlil-sübut ilə və ya davamçılarının dünyaya hakim olmaları baxımından) bütün dinlərə qalib etmək üçün Öz peyğəmbərini hidayət (çırağı) və haqq dinlə göndərən Odur. (Bu məsələyə) şahidlik üçün Allah kifayətdir.
 
29. Muhəmməd Allahın peyğəmbəridir. Onunla birgə olanlar kafirlərin qarşısında güclü və sərt, öz aralarında isə mehribandırlar. Onları həmişə rüku və səcdə halında daim Allahın lütf və bəxşişini və Onun razılığını diləyən görərsən. Onların (ibadət və itaətkarlıqlarının) nişanəsi səcdə nəticəsində üzlərində görünür. Bu onların (Musanın) Tövrat(ın)dakı vəsfidir. Onların (İsanın) İncil(in)dəki vəsfi isə (Allahın,) pöhrələrini (kənarlarından) çıxardığı və gücləndirdiyi, nəhayət qalınlaşaraq möhkəmlənmiş və əkinçiləri təəccübə salan bir tərzdə öz gövdəsi üzərində dayanan əkin kimidir. (Allah,) onların vasitələri ilə kafirləri qəzəbləndirmək üçün (belə edib). Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük mükafat vəd etmişdir.

Google+ WhatsApp ok.ru