Quran dinlə - Bilin, onların götürdükləri pis bir yükdür!

`Nəhl` surəsi, 22-27-ci ayələr

22. Sizin məbudunuz tək olan məbuddur, amma axirətə iman gətirməyənlərin qəlbləri haqqı inkar edir və onlar təkəbbürlü və lovğadırlar.
 
23. Şübhəsiz, Allah onların gizlətdiklərini də, aşkar etdiklərini də bilir və həqiqətən, O, təkəbbürlüləri sevmir.
 
24. Onlara «Rəbbiniz nə nazil etmişdir?» deyildikdə, «keçmişdəkilərin əfsanələridir» deyərlər.
 
25. Nəhayət onlar Qiyamət günü özlərinin günah yüklərini tamamilə və həmçinin nadanlıqlarına görə yoldan azdırdıqları kəslərin günah yüklərinin bir hissəsini (bunların vasitəsilə baş vermiş miqdarını) götürərlər. Bilin, onların götürdükləri pis bir yükdür!
 
26. Əlbəttə, onlardan qabaqkılar da (öz peyğəmbərlərinə qarşı) hiylə işlətmişdilər. Allah onların (bina və yaşayışlarının) bünövrəsini kökündən sarsıtdı və nəticədə başlarının üstündən tavan üzərlərinə çökdü. Və onlara bilmədikləri yerdən əzab yetişdi.
 
27. Sonra (Allah) onları Qiyamət günü də rüsvay və xar edəcək və deyəcəkdir: «Haradadır Mənim o şəriklərim ki, onların barəsində (haqq əhli ilə) düşmənçilik və dava-dalaş edirdiniz?!» Elm verilmiş kəslər (peyğəmbərlər və onların yaxınları) deyərlər: «Həqiqətən, bu gün rüsvayçılıq, xarlıq və əzab kafirlər üçündür».

Google+ WhatsApp ok.ru