QURAN ELMLƏRİ İLƏ TANIŞLIQ

QURAN ELMLƏRİ İLƏ TANIŞLIQ

Qurani Kərim, birbaşa tükənməz elm mənbəyi, bütün varlıqların xaliqi Ulu Tanrının endirilmiş kəlamıdır. Bəşər olaraq söz sahibinin əzəmət və ali varlığını dərk etmək üçün cəhd etdiyimiz kimi, səadətimizin açarı olan bu müqəddəs kitabı da dərindən tanımaq və anlamaq üçün çalışmaq müsəlmanlığımızın tələbidir.

Allah Taala Adəm övladına minnət qoymuş, öz kəlamı ilə ona hidayət yolu göstərmişdir. Hidayət arzusunda olan hər bir şəxs isə Xaliqimiz tərəfindən insanlara ünvanlanmış Quran ayələrini qəbul edib, mənasını başa düşməli və göstərişlərini yerinə yetirməlidir.  
Lakin mübarək ayələrin mənasını düzgün anlamaq və ilahi əmrləri doğru qavramaq heç də asan olmadığından, Həzrət Muhəmməd (s) peyğəmbər öz zamanında və o Həzrətdən sonra imamlarımız, Qurani Kərimin sözlərini izah etməyə və sirlərini açıqlamağa başlamışlar. 

Google+ WhatsApp