Qurani-Kərim dünyanın 27 dilinə tərcümə edilib

Qurani-Kərim dünyanın 27 dilinə tərcümə edilib

-- Türkiyədə

Qurani-Kərim Türkiyə cümhuriyyətinin Dini İşlər İdarəsi və Vəqf Nazirliyi tərəfindən dünyanın 27 dilinə tərcümə edilib.
 
Maide.Az "İQNA"-a istinadən xəbər verir ki, Bu barədə Türkiyə cümhuriyyətinin Dini İşlər İdarəsi və Vəqf Nazirliyinin nəzdində fəaliyyət göstərən nəşriyyatın xarici dillər şöbəsinin müdiri Yıldıray Qəbəlan xəbər verib.
 
Y.Qəbəlan  deyib ki,bu təşkiatın Qurani-Kərimi müxtəlif dillərə tərcümə etməsinin əsas hədəfi dünya müsəlman cəmiyyətlərinə xidmət etməkdir.
 
O əlavə edib ki,  Qurani-Kərimi həm əsas dillərə və həm də müxtəlif ölkələrdəki yerli ləhcə və dialektlərə tərcümə etmək xüsusi əhəmiyyətə malikdir. Buna görə də Türkiyə cümhuriyyətinin Dini İşlər İdarəsi və Vəqf Nazirliyi bu ehtiyacı təmin etmək üçün 400 mütərcim ilə həmkarlıq edir.  
 

Google+ WhatsApp ok.ru