Qurani-Kərimdə Həzrət Loğmanın (ə) öz oğluna nəsihətləri

Qurani-Kərimdə Həzrət Loğmanın (ə) öz oğluna nəsihətləri

Qurani-Kərimdə Həzrət Loğmanın (ə) öz oğluna moizə və nəsihətləri, əsasən, üç mövzunu əhatə edir:

1. Etiqadi mövzularda:

a) Tövhid və Allaha şərik qoşmamaq:

وَإِذْ قَالَ لُقْمَانُ لِابْنِهِ وَهُوَ يَعِظُهُ يَا بُنَيَّ لَا تُشْرِكْ بِاللَّهِ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ

“(Ya Rəsulum!) Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: “Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür!” (“Loğman”, 13.)

b) Məad və əməllərin sorğusu:

يَا بُنَيَّ إِنَّهَا إِن تَكُ مِثْقَالَ حَبَّةٍ مِّنْ خَرْدَلٍ فَتَكُن فِي صَخْرَةٍ أَوْ فِي السَّمَاوَاتِ أَوْ فِي الْأَرْضِ يَأْتِ بِهَا اللَّهُ إِنَّ اللَّهَ لَطِيفٌ خَبِيرٌ

“(Loğman) dedi: “Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (Qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah lətifdir (ən incə işləri biləndir), (hər şeydən) xəbərdardır!” (“Loğman”, 16.)

2. Əməli mövzularda:

a) Namaz qılmaq;

b) “Əmr be məruf” (yaxşılığa dəvət) və “nəhy əz münkər” (pislikdən çəkindirmə);

c) Müsibətlərdə səbirli olmaq:

يَا بُنَيَّ أَقِمِ الصَّلَاةَ وَأْمُرْ بِالْمَعْرُوفِ وَانْهَ عَنِ الْمُنكَرِ وَاصْبِرْ عَلَى مَا أَصَابَكَ إِنَّ ذَلِكَ مِنْ عَزْمِ الْأُمُورِ

“Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işlərdən çəkindir. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!” (“Loğman”, 17.)

3. Əxlaqi mövzularda:

a) Təvazökarlıq və təkəbbürdən uzaqlıq;

b) Təmkinlə yerimək, lovğa-lovğa yol yeriməmək;

c) Danışıqda orta mövqeyi gözləmək və danışarkən qışqırmamaq:

وَلَا تُصَعِّرْ خَدَّكَ لِلنَّاسِ وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحًا إِنَّ اللَّهَ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُورٍ. وَاقْصِدْ فِي مَشْيِكَ وَاغْضُضْ مِن صَوْتِكَ إِنَّ أَنكَرَ الْأَصْوَاتِ لَصَوْتُ الْحَمِيرِ

“İnsanlardan təkəbbürlə üz çevirmə və yer üzündə lovğa-lovğa yerimə. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! Yerişində (və rəftarında) orta həddi gözlə və (danışanda) səsini azalt ki, ən pis səs ulaqların səsidir!” (“Loğman”, 18-19.)

Maide.az

 

Google+ WhatsApp ok.ru