Qurani-Kərimdə yaxşıların əlamətləri

Qurani-Kərimdə yaxşıların əlamətləri

1. Verdikləri sözə əməl edərlər:

يُوفُونَ بِالنَّذْرِ

“Onlar (yaxşı əməl sahibləri) elə kimsələrdirlər ki, nəzri (verdikləri sözü) yerinə yetirərlər...!” (“İnsan”, 7.)

2. Əzabı aləmi bürüyəcək bir gündən – qiyamətdən qorxarlar:

وَيَخَافُونَ يَوْمًا كَانَ شَرُّهُ مُسْتَطِيرًا

“Əzabı olduqca geniş olan (şəri hər tərəfə yayılacaq) bir gündən (qiyamət günündən) qorxarlar.” (“İnsan”, 7.)

3. Yoxsula, yetimə və əsirə əl tutarlar:

وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا

“Onlar yeməklərini özləri(nin ehtiyacı olub) istədikləri halda, Allaha olan məhəbbət üzündən yoxsula, yetimə və əsirə verərlər.” (“İnsan”, 8.)

4. Əməllərini ixlasla, Allaha xatir yerinə yetirərlər:

إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَاء وَلَا شُكُورًا

“(Onlar həm dildə, həm də qəlbdə deyərlər:) “Biz sizə Allah rizası üçün yemək veririk. Biz sizdən (bu yaxşılıq müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik.” (“İnsan”, 9.)

5. Allahdan qorxarlar:

إِنَّا نَخَافُ مِن رَّبِّنَا يَوْمًا عَبُوسًا قَمْطَرِيرًا

“Həqiqətən, Biz öz Rəbbimizdən, çox sərt, olduqca dəhşətli (və üzlərin tutulub qaralacağı) gündən qorxuruq.” (“İnsan”, 10.)

Diqqət: Bütün etiqadi, əməli və əxlaqi yaxşılıqların əsası və xülasəsi Qurani-Kərimin “Bəqərə” surəsinin 177-ci ayəsində belə bəyan olunur:

لَّيْسَ الْبِرَّ أَن تُوَلُّواْ وُجُوهَكُمْ قِبَلَ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَلَـكِنَّ الْبِرَّ مَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَالْمَلآئِكَةِ وَالْكِتَابِ وَالنَّبِيِّينَ وَآتَى الْمَالَ عَلَى حُبِّهِ ذَوِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينَ وَابْنَ السَّبِيلِ وَالسَّآئِلِينَ وَفِي الرِّقَابِ وَأَقَامَ الصَّلاةَ وَآتَى الزَّكَاةَ وَالْمُوفُونَ بِعَهْدِهِمْ إِذَا عَاهَدُواْ وَالصَّابِرِينَ فِي الْبَأْسَاء والضَّرَّاء وَحِينَ الْبَأْسِ أُولَـئِكَ الَّذِينَ صَدَقُوا وَأُولَـئِكَ هُمُ الْمُتَّقُونَ

“Yaxşılıq yalnız üzlərinizi (ibadət üçün) şərq və qərbə tərəf çevirmək deyildir. Lakin həqiqi yaxşılıq Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə iman gətirən, eləcə də, öz malını, çox sevməsinə (və ona ehtiyacı olmasına) baxmayaraq Allah eşqinə qohumlarına, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə və qullar(ın azad olunmasın)a verən, namaz qılan, zəkat verən, əhd-peyman bağlayan zaman öz əhdinə vəfalı olanlar, (məxsusən,) maddi çətinlikdə, cismani zərərlərdə və cihad zamanı səbirli olan kəs(in iman və əməli)dir. Onlardır doğru danışanlardır və onlardır təqvalılar! (Ümumiyyətlə, yaxşılıq üç cəhətdən – etiqad, əməl və əxlaqdan ibarətdir.)” (“Bəqərə”, 177.)

Maide.az – Maarif bölümü

 

 

Google+ WhatsApp ok.ru