Qurani-Kərimi dörd ilə əli ilə yazdı – Foto

Qurani-Kərimi dörd ilə əli ilə yazdı – Foto

Liviyanın Bint Bayyah şəhərinin "əl-Fəcih əl-Mücahidə" rayonunda yaşayan hüsnxətt ustadı Şeyx Əhməd Məhəmməd əl-Ğali Xeyrat bin Övkəl bütün Qurani-Kərimi təkcə mürəkkəb və qələmdən istifadə edərək dörd il müddətində yazıb.
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki, bu əlyazma Qurani-Kərim nüsxəsi Qalunun Nafedən rəvayəti əsasında yazılmışdır. Dörd ilə yazılmış bu nüsxə 18 ay müddətində təshih edilmişdir.  
 
Əlyazma nüsxənin 621 səhifəsi var. Nüsxənin haşiyəsinin bəzədilməsi və lazım olan qeydlərin əlavə edilməsi 7 ay çəkmişdir. 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru