Qurani-Kərimdə axirət aləmi və onun adları – Qısa işarə

Qurani-Kərimdə axirət aləmi və onun adları – Qısa işarə

Qurani-Kərimin ölümdən sonrakı həyatdan bəhs edən yüzlərlə ayəsində müxtəlif ibarələr gözə dəyir ki, hər biri ölümdən sonrakı həyatın müəyyən bir yönünə işarədir və bütünlüklə, uyğun məsələnin dərinliyinin və ölümdən sonrakı həyatın hədəflərinin göstəricisidir.
 
Qurani-Kərimdə ölümdən sonrakı həyatla bağlı qeyd olunan müxtəlif ibarələrin mütaliəsi bu mühüm etiqadi məsələ ilə əlaqədar bizim gözümüzün önündə yeni üfüqlər açdığından, biz də burada silsilə olaraq onun şərhinə başlayırıq.
 
Qurani-Kərimdə bu məsələ ilə bağlı səkkiz mühüm ibarədən söz açılır:
 
1. Qiyamət günü;
 
وَيَوْمَ تَقُومُ السَّاعَةُ يُبْلِسُ الْمُجْرِمُونَ
 
“Qiyamət qopacağı gün günahkarlar naümid (və sərgərdan) olacaqlar.“ (“Rum“, 12.)
 
2. Ölülərin diriləcəyi (gün);
 
ذَلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّهُ يُحْيِي الْمَوْتَى وَأَنَّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
 
“Bu ona görədir ki, həqiqətən, Allah haqdır, ölüləri dirildir və O, hər şeyə qadirdir!“ (“Həcc“, 6.)
 
3. Bə`s (göndəriş günü);
 
وَأَنَّ السَّاعَةَ آتِيَةٌ لَّا رَيْبَ فِيهَا وَأَنَّ اللَّهَ يَبْعَثُ مَن فِي الْقُبُورِ
 
“Bu o saat (Qiyamət günü) mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları (dirildib məhşər səhnəsinə) göndərəcəkdir!“ (“Həcc“, 7.)
 
4. Həşr (toplanış günü);
 
وَإِنَّ رَبَّكَ هُوَ يَحْشُرُهُمْ إِنَّهُ حَكِيمٌ عَلِيمٌ
 
“Həqiqətən, Rəbbin onları (Qiyamət günü) bir yerə toplayacaq. O, hikmət sahibidir, (hər şeyi) biləndir!“ (“Hicr“, 25.)
 
5. Nəşr (açılış günü);
 
وَاللَّهُ الَّذِي أَرْسَلَ الرِّيَاحَ فَتُثِيرُ سَحَابًا فَسُقْنَاهُ إِلَى بَلَدٍ مَّيِّتٍ فَأَحْيَيْنَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا كَذَلِكَ النُّشُورُ
 
“Buludları hərəkətə gətirən küləkləri göndərən Allahdır! Biz (o buludları) ölmüş bir məmləkətə tərəf qovub, öldükdən sonra torpağı onunla dirildirik. (Qiyamət günü) toplanış da belədir!“ (“Fatir“, 9.)
 
6. Məad (qayıdış günü);
 
كَمَا بَدَأَكُمْ تَعُودُونَ
 
“Sizi yaratdığı kimi, yenə Onun hüzuruna qayıdacaqsınız!“ (“Əraf“, 29.)
 
7. Liqaullah (Allahla görüş günü);
 
قَدْ خَسِرَ الَّذِينَ كَذَّبُواْ بِلِقَاء اللّهِ وَمَا كَانُواْ مُهْتَدِينَ
 
“Allahla görüşəcəklərini yalan hesab edənlər, sözsüz ki, ziyana uğrayacaqlar. Onlar doğru yolda da deyildilər.“ (“Yunus“, 45.)
 
8. Rücu (Allaha qayıdış günü);
 
كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ ثُمَّ إِلَيْنَا تُرْجَعُونَ
 
“Hər bir nəfs ölümü dadacaqdır. Sonra da (Qiyamət günü) hüzurumuza qaytarılacaqsınız!“ (“Ənkəbut“, 57.)
 
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru