Qurani-Kərim dünyanın 27 dilinə tərcümə edilib 28 Mart 2018 01:00 Xəbərlər -- Türkiyədə Qurani-Kərim Türkiyə cümhuriyyətinin Dini İşlər İdarəsi və Vəqf Nazirliyi tərəfindən dünyanın 27 dilinə tərcümə edilib. Maide.Az "İQNA"-a istinadən xəbər verir ki, Bu barədə Türkiyə cümhuriyyətinin Dini İşlər İdarəsi və Vəqf Nazirliyinin nəzdində fəaliyyət göstərən nəşriyyatın xarici dillər şöbəsinin müdiri Yıldıray Qəbəlan xəbər verib. Y.Qəbəlan deyib ki,bu təşkiatın Qurani-Kərimi müxtəlif dillərə tərcümə etməsinin əsas hədəfi dünya müsəlman cəmiyyətlərinə xidmət etməkdir. O əlavə edib ki, Qurani-Kərimi həm əsas dillərə və həm də müxtəlif ölkələrdəki yerli ləhcə və dialektlərə tərcümə etmək xüsusi əhəmiyyətə malikdir. Buna görə də Türkiyə cümhuriyyətinin Dini İşlər İdarəsi və Vəqf Nazirliyi bu ehtiyacı təmin etmək üçün 400 mütərcim ilə həmkarlıq edir. Teqlər : #QuraniKərim dünyanın 27 dilinə tərcümə edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əlaqə və pul olmadan iş tapmaq mümkünsüzlüyü İran müdafiə naziri Rusiyaya səfər edəcək