Qurani Kərim və İnsanın Həyat Proqramı - 3. Hissə

Qurani Kərim və İnsanın Həyat Proqramı - 3. Hissə

İnsanın yaradılışı və həmçinin insanın da ayrılmaz bir hissəsi olduğu kainatın yaradılışı, insanı gerçək xoşbəxtliyinə doğru istiqamətləndirir.
 
İnsana səadəti zəmanət verəcək, ən əhəmiyyətli, ən köklü və ən dayanıqlı qaydaları insana xatırladır.
 
Allah Təbarək və Taala bu qanun haqda belə buyurur: "(Musa) dedi: “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da (ona) doğru yolu göstərəndir!” [1]
Və yenə buyurur: "O, yaradan, şəkil vermişdir. O, hər şeyi ölçüylə edib doğru yolu göstərmişdir. [2]"
 
Yenə buyurur: " And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və (Allahdan) qorxmağı təlqin edənə! Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır. Onu (günaha) batıran isə ziyana uğramışdır." [3]
 
Bir başqa yerdə də yenə buyurur ki: " (Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dininin islam olduğunu) bilməz." [4]
 
Yenə başqa bir yerdə də buyurur ki: "Allah yanında (haqq olan) din, əlbəttə, islamdır". [5]
 
Yəni, onun yaradılışı qarşısında təslim olmaqdır ki, "bu yaradılış" insanı, xüsusi qaydalara riayət etməyə dəvət edir. Yenə buyurur ki: "Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz..." [6]
 
Bu ayələrdən və bu mənada olan digər ayələrdən aydın olan budur: Uca Allah bütün yaratdığı varlıqlar arasında insanı, öz xüsusi səadət və yaradılış hədəfinə, onun öz yaradılış və fitrət yolu ilə istiqamətləndirir. Yaşadığı müddətdə insan üçün ən gerçək yol, özünə xas yaradılışının dəvət etdiyi yoldur. Buna görə fərdi və ictimai həyatında fitrəti pozulmayan "təbii" bir insanın təbiətinin, hidayət olub tələb olunan qanun və qaydalara riayət etməsi lazımdır. Həva və həvəslə kirlənməsi, hiss və duyğular qarşısında əli qolu bağlı əsir olan insanlara tabe olması lazım deyil.
 
Fitri din izn verdiyi  qədər insan bədənindəki hər bir şeyin  haqqı verilməlidir. Yəni insan bədəninə yerləşdirilmiş olan müxtəlif meyllərə, müxtəlif və fərqli cihazların təmir olunub, hər birinə digərlərinə mane olmayacaq şəkildə iş icazəsi verilməlidir.
 İnsana ağıl hakim olmalıdır, nəinki ağıla zidd olan nəfsani istəklər, hiss və duyğular. Cəmiyyətə isə, cəmiyyətin gerçək haqq və məsləhəti rəhbər olmalıdır, güclü, diktator olan birinin, həva və həvəsi və ya haqqa zidd olan, cəmiyyətin həqiqi məsləhətinin əksinə olan, əksəriyyətin istəyi deyil.
 
Yuxarıdakı mövzudan başqa bir nəticə də əldə edə bilərik; qanun qoymaq, yalnız Allahın əlindədir. Onun xaricində, heç kim, qanun qoyub vəzifə təyin etmək səlahiyyətinə malik deyil. Çünki açıqlandığı kimi, həyatda insanın işinə yarayan yeganə qayda və qanunlar, yaradılış kanalı vasitəsi ilə  göstərilmiş, yəni insandakı daxili və xarici faktorlarını itaət etməyə çağırdığı qanunlardır. Ayrı bir təbirlə desək, insana hakim olan qanunlar, Allahın istədiyi qanunlar olmalıdır. Çünki Allahın bir şeyi istəməsində məqsəd, onun tətbiq olunması üçün lazım olan amil və şərtləri meydana gətirməsidir. Ancaq bəzən bu amil və şərtlər, bir şeyi məcburi olaraq meydana gətirər. Məsələn; gündəlik təbii hadisələr ... Bu cür iradə, "Təkvini iradə" adlanır. Bəzən də insan bir işi, ixtiyari olaraq sərbəst edər. Yemə, içmə və s. Bu vəziyyətdəki iradəyə də "təşrii iradə" deyilir.
Allah Təbarək və Taala, Qurani-Kərimin bir neçə yerində belə buyurmaqdadır: "Hökm ancaq Allahındır". [7]
 
[1] - "Taha", 50.
[2] - "Əla", 2-3.
[3] - "Şəms", 7-10.
[4] - "Rum", 30.
[5] - "Ali-İmran", 19.
[6] - "Ali-İmran",  85.
[7] - "Yusif", 67.

Google+ WhatsApp ok.ru