Quranla dərman

Quranla dərman

Müəllifdən: Əziz oxucu bu kitab vasitəsi ilə sizinlə əlaqə yaratdığıma görə xoşbəxtəm. İndi isə sizin dərdlərinizi (xəstəliklərinizi) bütün dərdlərin dərmanı olan Qur`anla müalicə edib, onun qarşısında sizin reaksiyanızı görüb eşitmək istəyirəm. Cavanlığın ilk anlarında bu müqqəddəs kitabın (Qur`anın) güclü tə`sirini hiss etdiyim halda, səni onda olan sirrlərdən agah etməməyimə heyfim gəlir. Cavanlıqda Qur`anla bir müddət ünsiyyət tapmışdım, Lakin onun surələrini savab üçün oxuyardım, nəhayət bir hədis mənim yadıma düşdü ki, (əl-qur`anu dəvaun) Yə`ni Qur`an dərdlərə dərmandır. Məhz elə buna xatir, Qur`anı dərdlərimin dərmanı üçün oxumağa başladım, və onun gözəl nəticələrini müşahidə etdim.

Bəli: Allaha qovuşmaqlıq yolunda maraqlı müsibətlər doludur. Bu yolda (arif) Allahın istəyi ilə bütün fikrini ona tərəf yönəldərək, ona yaxınlaşmaqda çalışır, və onun yolunda qərq olur. Amma tez ötüb keçəsi deyil, bəlkə onun böyük əzəməti haqqında fikirləşmək, onu dərmansız (müalicəsiz) dərdə giriftar edər ki, onun əlacını bu kitabda tapacaqdır. İnşa-Allah.

Google+ WhatsApp