Quranın ən qədim nüsxəsi - online tamaşa edin

Britaniya milli kitabxanası Qurani-Kərimin ən qədim nüsxəsini dicital formatda öz internet səhifəsində online  sərgiləyib. 
 
Maide.az xəbər verir ki, bu Quran  nüsxəsi VIII əsrə aid Quran nüsxəsidir. Quran 121 səhifədir və surələrin üçdə  iki hissəsi  bu nüsxədə mövcuddur.Bu nüsxə ən böyük və ən qədim Quran nüsxəsidir ki, Māʾil  xətti ilə yazılıb.  Māʾil  xətt nümunəsi  qədimi Quran  nüsxələrində istifadə olunurdu. Bu növ  xətt nümunəsi Hicazda istifadə olunduğu üçün  ona “Hicazi” xət nümunəsi də deyilir. 
 
Britaniya muzeyi bu Quran nüsxəsini 1879-cu ildə  Misir və digər Şərq ölkələrinə çoxlu səfər etmiş Quriel Can Çester adlı keşişdən alıb. 
 
Qeyd  edək ki, ən qədim Quran  nüsxəsi  VII əsrin ortalarında  nəşr olunub ki, hazırda həmin nüsxələrdən yalnız bir neçə səhifə qalıb. Iqna
 
Bu Quran nüsxəsinə  burdan  baxa bilərsiz.

Google+ WhatsApp ok.ru