Quranın nadir Afrika dillərindən birinə tərcümə edilib

Quranın nadir Afrika dillərindən birinə tərcümə edilib

-- Müsəlmanlar Burundi əhalisinin təxminən 10% -ni təşkil edir

Tezliklə Afrikada yaşayan bir sıra ölkələrində yaşayan və nadir dil qrupuna aid olan müsəlmanlar Qurani-Kərimi öz dillərində oxuya biləcəklər.
 
Müqəddəs kitab rundi dilinə tərcümə edilib. Bu dildə təxminən 7 milyon insan danışır və Burundidə  ölkənin iki rəsmi dilindən biridir.  
 
Qeyd edək ki, bu Quranın yerli dilə ilk tərcüməsidir.  
 
Xatırladaq ki, rundi dili Kongo, Tanzaniya və Uqanda kimi bir sıra digər Afrika ölkələrində də istifadə edilir. Brunidiyə gəlincə, burada müsəlmanlar ümumi əhalinin təxminən 10% -ni təşkil edir.(islam.az)

Google+ WhatsApp ok.ru