Quranın nadir nüsxəsi Özbəkistandan çıxarılarkən ələ keçirildi 15 Oktyabr 2019 11:05 Dünya Özbəkistanın xüsusi xidmət orqanları Qurani-Kərimin nadir nüsxəsini ölkədən qanunsuz yolla çıxarmaq istəyən şəxsi saxlayıb. Maide.Az İQNA-ya istinadən xəbər verir ki, əməliyyat Fərqanə Bölgəsi Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilib. Kitabı 49 yaşlı Buxara sakini Fərrux Şarapov Fərqanəyə aparıb. O, bir dostu ilə kitaba Qırğızıstandan müştəri tapıb və Çimeon kəndində bir çayxanada görüşüblər. Razılaşmaya görə kitab 150 min dollara satılıb. Keçirilən əməliyyatda Quran müsadirə edilib. . Aparılan araşdırma nəticəsində Qurani-Kərimin həmin nüsxəsi 16-cı əsrdə xəttat Molla Yusif Sahhoh tərəfindən kitab halına gətirilib. Kitab Özbəkistan Dövlət Muzeyinə təhvil veriləcək. Teqlər : #Quranın,#nadir,#nüsxəsi,#Özbəkistandan,#çıxarılarkən,#ələ,#keçirildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şeyx Zəkzakinin zəhərləndiyi bildirilir İngiltərə Hindistanda müsəlmanların mənəvi irsini məhv edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO