Quranı oxuyarkən ömürüm boyu müsəlman yaşadığımı anladım

Quranı oxuyarkən ömürüm boyu müsəlman yaşadığımı anladım

İrlandiyalı məşhur müğənni xanım Şeyned Ukaner müsəlman olması barədə təəssüratlarını bölüşərək deyib:
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki, Qurani-Kərimi oxuduqdan sonra başa düşdüm ki, əslində ömürüm boyu qəlbən müsəlman yaşamışam.  
 
"Qurani-Kərimi oxuduqdan sonra başa düşdüm ki, əslində ömürüm boyu qəlbən müsəlman yaşamışam."  
 
O, İslam dininə olan sevgisinə işarə edərək deyib: Mən müsəlman olduğum üçün qürur hissi duyuram. Mən özümü yeni müsəlman hesab etmirəm. Hiss edirəm ki, öncədən də müsəlman olmuşam. Qayıdışın mənası budur ki, insan Quranı oxuyur və bütün ömürü boyu müsəlman olduğunu, amma bunu bilmədiyini görür.
 
Qeyd edək ki, Şeyned Ukaner keçən il İslam dini qəbul edərək adını Şəhadə Sədaqət qoyub.

Google+ WhatsApp ok.ru