Quran surələri ilə qısa tanışlıq – ‘Fəth’ surəsi

Quran surələri ilə qısa tanışlıq – ‘Fəth’ surəsi

 Quran surələri ilə qısa tanışlıq – “Fəth“ surəsi

“Fəth“ surəsi 29 ayədən ibarətdir və Mədinədə nazil olmuşdur. 
 
Adından da göründüyü kimi fəth və qələbə xəbərini müjdə verən bu surədə İslam ordusunun düşmənlərə qəti qələbəsindən (Məkkənin fəthi, Hüdeybiyyə sülhü, Xeybərin fəthi və mütləq qələbə) söz açılır.
 
Sözügedən surənin möhtəvası ilə tanışlıqdan öncə bilməliyik ki, bu surə 6-cı hicri-qəməri ilində, Hüdeybiyyə hadisəsindən sonra nazil olmuşdur. Belə ki, İslam Peyğəmbəri (s) 6-cı hicri-qəməri ilində mühacirlər, ənsarlılar və digər müsəlmanlarla birgə Ümrə həccini yerinə yetirmək üçün Məkkəyə doğru hərəkət qərarını verir. Hərəkətdən öncə müsəlmanlara məlumat verir ki, mən yuxuda səhabələrimlə birgə Məscidül-Hərama daxil olub, Ümrə həccinin əməlləri ilə məşğul olduğumu gördüm.
 
Müsəlmanlar Mədinənin yaxınlığında Zilhəlifə məntəqəsində ehram bağlayıb Məkkəyə doğru hərəkət etdilər və özləri ilə qurbanlıq üçün bir çox dəvə də apardılar.
 
Peyğəmbəri-Əkrəmin (s) rəftarından aydın görünürdü ki, bu böyük ibadəti yerinə yetirməkdən başqa məqsədi yoxdur.
 
Nəhayət, Peyğəmbəri-Əkrəm (s) Məkkənin 20 kilometrliyində yerləşən Hüdeybiyyə kəndinə daxil oldu. Amma məkkəlilər (qüreyşlilər) Peyğəmbəri-Əkrəmin (s) müsəlmanlarla birlikdə Hüdeybiyyəyə çatdığından xəbər tutduqda, yolu bağlayıb o həzrətin Məkkəyə daxil olmasına mane oldular. Həqiqətdə, onlar haram ayda Allah evinin zəvvarlarının əmniyyəti ilə bağlı bütün qanunları ayaq altına atdılar. Çünki onlar da bu etiqadda idilər ki, haram aylarda (məxsusən, Peyğəmbəri-Əkrəmin (s) Ümrə həcci məqsədilə yola çıxdığı Zilqədə ayında) ehram halında heç kimə mane olmaq olmaz. Hətta həmin günlərdə atasını qətlə yetirmiş bir kəsin həcc və ümrə mərasimində iştirak etdiyini görsəydilər, yenə də ona etiraz etməz və əmniyyətini pozmazdılar.

Bu səfərdə mühüm tarixi bir hadisə baş verdi. Müsəlmanların Məkkəyə daxil olmasına maneçilik törədilsə də, Peyğəmbəri-Əkrəmlə (s) Məkkə müşrikləri arasında Hüdeybiyyə adlı sülh müqaviləsi imzalandı və o həzrət müsəlmanlara göstəriş verdi ki, gətirdikləri dəvələri elə burada qurban kəsib saçlarını qırxsınlar və ehramdan çıxıb Mədinəyə doğru hərəkət etsinlər.

Bu göstərişdən sonra müsəlmanlar narahat oldular və hətta imanı zəif olan bəzi müsəlmanlar Peyğəmbəri-Əkrəmin (s) nübüvvətinə dair şəkkə düşdülər. (“Təfsiri-nümunə“, 22-ci cild, səh. 6).

Qeyd etməliyik ki, bu sülh müqaviləsinə әsаsәn, müsәlmаnlаrlа Qürеyş müşrikləri оn il müddәtindә mühаribә аpаrmаmаlı, bir-birinin gеdiş-gәlişinә mаnе оlmаmаlı, Peyğəmbəri-Əkrəm (s) hәmin il Mәdinәyә qаyıtmаlı vә növbәti il Allah evinin ziyаrәtinә gәlmәli idi. Bu sülh оn minlik müsәlmаn qоşunu tәrәfindәn hicrәtin 8-ci ili Mәkkәnin fәthi üçün bir müqәddimә оldu. Çünki bu sülh müqаvilәsi ilә Mәkkәnin fәthi аrаsındаkı zаmаn kәsiyindә bir çох müşriklәr İslаmı qәbul еtdilәr. Bundаn әlаvә, Qürеyş müşrikləri tәrәfindәn аrхаyınlаşаn müsәlmаnlаr bir çох әtrаf mәntәqәlәri fәth еtdilәr. Bu fәthlәr оnlаrın әzәmәtini dаhа dа аrtırdı, İslаmın әhаtә dаirәsi daha da gеnişlәndi. Yаlnız nәzәrdә tutulmuş münаsib şәrаit yаrаndıqdаn sоnrа hicrәtin 8-ci ilindә оn minlik müsәlmаn qüvvәsi Mәkkәyә dоğru hәrәkәt еtdi vә Mәkkә fәth оlundu.

Bәli, Hüdeybiyyә sülhü Mәkkәnin fәthinә müqәddimә оlduğu üçün Аllаh-Taаlа bu sülhü “Fәthul-mubin“ (aşkar zəfər) аdlаndırdı. Surәdә hәmin cәrәyаnlа bаğlı bәzi hаdisәlәr dә qeyd оlunmuşdur. Mәsәlәn, bu sәfәrdә әrәblәrin müхаlifәti, müsәlmаnlаrın Mәkkәyә dахil оlmаsınа müşriklәrin mаnеçiliyi, möminlәrin bir аğаc аltındа Pеyğәmbәri-Əkrəmlə (s) “Bеyәtur-rizvаn“ (Rizvan beyəti) аdlаnаn mәşhur bеyәtlәri. (“Surələr gülüstanı”, Ustad Məhəmmədhüseyn Cəfəri, səh. 146).

Bir sözlə, Peyğəmbəri-Əkrəm (s) Hüdeybiyyədən Mədinəyə doğru geri döndüyü zaman miniyi ağırlaşdı və hərəkətdən dayandı. Peyğəmbəri-Əkrəmin (s) mübarək camalında sevinc göründü və buyurdu:
“Elə indicə “Fəth“ surəsi nazil oldu“.
 
İndi isə “Fəth“ surəsinin möhtəvası ilə qısa şəkildə tanış olaq:

1. Surə fəth və qələbə müjdəsi ilə başlayır və onda Allahın Peyğəmbəri-Əkrəmə (s) yenilməz qələbə bəxş edəcəyindən söz açılır.

2. Surənin ikinci hissəsi “Hüdeybiyyə“ sülhü, möminlərin qəlblərinə çökən aramlıq və “Rizvan“ beyətinə həsr olunur.
 
3. Üçüncü hissədə Peyğəmbəri-Əkrəmin (s) məqamı və yüksək hədəfindən danışılır.
 
4. Bu hissədə münafiqlərin əhdlərini pozması, onların cihad meydanında iştirak etməmələri barəsində yersiz üzr və bəhanələri, yersiz istəkləri qeyd olunur.
 
5. Sonda da İslam Peyğəmbərinin (s) məktəbinin ardıcıllarının spesifik xüsusiyyətləri bəyan olunur.
 
Ümumiyyətlə, çox həssas və incə məqamlara toxunan “Fəth“ surəsinin ayələri günümüzdə İslam camiəsində baş qaldıran müxtəlif hadisələr müqabilində bugünkü müsəlmanlar üçün ilhambəxş xarakterə sahibdir. (“Təfsiri-nümunə“, 22-ci cild, səh. 7).
 
 Fəth” surəsini tilavət etməyin fəziləti

1. Peyğəmbəri-Əkrəmdən (s) belə nəql olunur:

مَن قَرَأَها فَکَاَنَّما شَهِدَ مَعَ مُحَمَّد (صلى الله علیه وآله) فَتحَ مَکَّةَ وَفی رِوایَة اُخرى فَکَاَنَّما کانَ مَعَ مَن بایَعَ مُحَمَّداً تَحتَ الشَّجَرَةِ

Bu surəni tilavət edən kəs Məkkənin fəthi zamanı Muhəmmədin (s) xidmətində və onun dəstəsində olan kəs kimidir.“ Başqa bir rəvayətdə belə buyurulur: Hüdeybiyyədə Muhəmmədlə (s) birgə beyət edən kəs kimidir.“ (“Məcməül-bəyan“, 9-cu cild, səh.108.)

2. İmam Sadiq (ə) buyurur:

حَصِّنُوا اَموالَکُم وَنِسائَکُم وَما مَلَکَت اَیمانُکُم مِنَ التَّلَفِ بِقَرائةِ «اِنّا فَتَحْنَا لَکَ فَتْحًا مُبِیْنًا» فإنَّهُ اِذا کانَ مِمَّن یُدمِنُ قِرائَتَها نادى مُناد یَومَ القِیامَةِ حَتّى یَسمَعَ الخَلائِقُ اَنتَ مِن عِبادِىَ المُخلِصِینَ ألحِقُوهُ بِالصّالِحِینَ مِن عِبادِى وَاَدخِلُوهُ جَنّاتِ النَّعِیمِ وَاسقُوهُ مِنَ الرَّحِیقِ المَختومِ بِمِزاجِ الکافورِ

“Xidmətçilərinizi, qadınlarınızı və ixtiyarınızda olan kəsləri “İnnə fətəhnə ləkə fəthən-mubinə“ (“Fəth“) surəsini oxumaqla tələf olmaqdan (pisliklərdən, xəstəliklərdən) qoruyun. Hər kim onu davamlı şəkildə oxuyarsa, Qiyamət günü carçı səslənər və onun səsini hamı eşidər: “Sən Mənim ixlaslı bəndələrimdənsən, onu Mənim saleh bəndələrimə qovuşdurun, nemət dolu Behişt bağlarına daxil edin və ona Behişt əhlinə məxsus şərablardan içirdin“. (“Nurus-səqələyn“, 5-ci cild, səh.46; “Təfsiri-nümunə“, 22-ci cild, səh. 8-9).
 
Aydındır ki, bu qədər fəzilət və iftixar, təfəkkür və əməldən kənar tilavətə məxsus deyil, əksinə Quran tilavəti və oxunuşunda əsas məqsəd ayələrin məfhumu və həqiqəti ilə mənus olmaq və onları əməldə tətbiq etməkdir.

Rza Şükürlü (Maide.az)

 

 

Google+ WhatsApp ok.ru